Milli Qurtuluş gününün müasir Azərbaycan tarixində yeri
14.06.2024 [13:53]
İyunun 13-də 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının və Mərkəzin birlikdə təşkil etdiyi dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Elm və Təhsil Nazirliyinin məsləhətçisi, Əməkdar dövlət qulluqçusu, yazıçı-jurnalist Rövşən Ağayev, AMEA-nın Tarix və Etnologiya İntitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova, Gənclər və İdman Nazirliyinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Lökbatan qəsəbəsində yerləşən abidəsi önünə güllər düzərək dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan iştirakçılara Ümummilli lider Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra "15 İyun - Milli Qurutuluş Gününün müasir Azərbaycan tarixində yeri" mövzusunda videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. YAP Qaradağ rayon təşkilatının sədri qeyd etdi ki, həmin Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı dövlətimizi itirmək təhlükəsindən, baş verən xaosdan, vətəndaş qarşıdurmasından, qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalının davam etməsindən xilas etdi. O, vurğuladı ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsi faktı dayanır. Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əllərindədir.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin məsləhətçisi, Əməkdar dövlət qulluqçusu, tanınmış yazıçı-jurnalist Rövşən Ağayev ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən proseslər, ölkəmizin xilası üçün Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə şəxsi xatirələrini danışdı.
Tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova çıxışında 15 iyun - Milli Qurtuluş Günü ətrafında baş verən tarixi prosesləri nəzərdən keçirdi və onun müsbət nəticələri barədə iştirakçılara ətraflı məlumat verdi.
Sonra Yeni Azərbaycan Partiyasının fəallarına Fəxri fərmanlar, partiyaya yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olundu.
Sonda Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirildi.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05

