Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın Sədr müavini: Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib

YAP-ın Sədr müavini: Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib

29.09.2012 [16:49]

“Yeni Azərbaycan Partiyası, partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov səsləndirib.
Əli Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır. “Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda, o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi, məhz, belədir”, - deyə YAP-ın Sədr müavini bildirib.
Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən YAP-ın Sədr müavini xüsusi vurğulayıb ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil. Əli Əhmədov “Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaqlar. Dələduzların “yardımı” ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır”, - deyə nəzərə çatdırıb.
Əli Əhmədov qeyd edib ki, videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılıb. Hüquq - mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək.
Paylaş:
Baxılıb: 1334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31