Bizim ordumuz, bizim qürurumuz!
25.06.2024 [11:10]
Azərbaycan Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd edir
Silahlı Qüvvələrin yaranmasından 106 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.
Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən Ulu Öndər Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub.
Ordu quruculuğu sahəsində Ulu Öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Keçmişi qələbələrlə zəngin olan Azərbaycan xalqı bu əlamətdar günü Zəfərlə qeyd edir. Ordumuz 30 ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə xalqımıza öz qanı və canı hesabına böyük Qələbə yaşadıb.
Vətən müharibəsi Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini dünyaya nümayiş etdirdi. Eyni zamanda, müasir müharibədə logistika, təminat, manevr məsələləri ən yüksək səviyyədə həllini tapdı. 2020-2023-cü illərdə aparılan müharibə və antiterror tədbirlərində Silahlı Qüvvələrimiz silah-sursat azlığı və hücum əməliyyatları zamanı nəqliyyat problemləri ilə qarşılaşmadı. Hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalındakı siyahıda 2020-ci ildə 64-cü mövqedə olan Azərbaycan Silahlı Qüvvələri 2023-cü ildə 57-ci pilləyədək yüksələ bilib. Aparılan son hərbi əməliyyatlar Azərbaycan Ordusunun region dövlətləri arasında irəliləməsinə imkan yaradıb. Hərbi təcrübədən çıxış edərək faktiki yeni növ Silahlı Qüvvələrin yaradılması, təminatı, yeni hərb strategiyasının hazırlanması bu fikirləri deməyə əsas verir. Azərbaycan Silahlı Qüvvələri son sınaqlardan uğurla çıxaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirib.
Ali Baş Komandan İlham Əliyev ətrafında dəmir yumruq kimi birləşən, düşmənin canına qorxu salan Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

