Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlət kimi tanınır
24.07.2024 [13:16]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan artıq dünyada böyük nüfuza sahib olub, hörmətlə yanaşılan ölkəyə çevrilib. Bunun kökündə Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, xoşbəxt gələcəyə hədəflənmiş siyasəti dayanır. Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Cənubi Qafqazda yeni reallıqlar yarandı.
Ölkə Prezidentimizin beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışları, səsləndirdiyi fikirlər Azərbaycanın nüfuzunu təsdiq edir. Artıq dünya dövlətləri Azərbaycanın dünyada baş verən iqtisadi proseslərin mərkəzində yer alması, qlobal məkanda strateji əhəmiyyətli dövlət kimi tanınması ilə razılaşırlar.
İngiltərənin Oksford şəhərində iyul ayının 18-də keçirilmiş “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən dəvət alması da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi qiymətin təzahürüdür.
Müstəqil ölkəmiz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Avropa İttifaqı dövlətləri ilə əməkdaşlıqda yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı maraqlar əsasında inkişaf edən Azərbaycan-Avropa İttifaqı münasibətləri enerji sahəsində də uğurla davam edir. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsində əvəzsiz rola malik oldu.
45 dövlət və hökumət başçısının iştirak etdiyi “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Prezident cənab İlham Əliyev bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Cənubi Qafqazın lider dövləti Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri deməyə əsas verir ki, ölkəmiz qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində olduqca vacib əhəmiyyətə malikdir.
“Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.” Ölkə Prezidentimizin qeyd etdiyi kimi Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu dövlətlərarası münasibətlərin daha da inkişaf etməsində mühüm rol oynadı.
Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı dövlətləriAzərbaycanın irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri dəstəkləyir və ölkəmizi regional güc kimi qəbul edir.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

