YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür
24.10.2012 [00:58]
Oğuz şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. YAP Oğuz rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın memarı və yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq partiyanın yaranma tarixinə geniş nəzər salıb. O, zamanın çətin sınaqlarından çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı 1993-cü ilin martında təsis edilib. 75 ərazi ilk partiya təşkilatını özündə birləşdirən təşkilatın 3820 nəfər üzvü var. Üzvlərin 1584 nəfərini qadın, 1242 nəfərini isə gənclər təşkil edir. Təşkilatın nəzdində Qadınlar Şurası və Gənclər Birliyi fəaliyyət göstərir. YAP üzvləri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında olduqca fəal rol oynayırlar. YAP-ın yaranmasının 20 illiyi ərəfəsində partiyaya axın daha da çoxalıb. Son vaxtlarda partiya sıralarına 250 nəfərə yaxın gənc daxil olub.
Yubiley tədbirində Milli Məclisin deputatı Aydın Mirzəzadə, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında 550 mindən artıq üzvü birləşdirən YAP Ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
Tədbirdə YAP Oğuz rayon təşkilatı idarə heyətinin üzvü Xalid Babayev, YAP Oğuz rayon təşkilatı Qadınlar Şurasının sədri Mariya Həsrətova və Gənclər Birliyinin sədri Anar İbrahimov da çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
Sonda YAP Oğuz rayon təşkilatının fəallarına yubileylə bağlı xatirə hədiyyələri, həmçinin, partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

