“Ümumxalq partiyası alternativsiz seçimimizdir”
19.08.2024 [15:44]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun YAP Abşeron rayon təşkilatının qərargahında cəbrayıllı seçicilərlə görüşü keçirilib.
YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, müstəqil Azərbaycan Respublikası dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir: “Bu günə qədər əldə olunan uğurlar Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”.
Deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının müasir dövlətçilik tariximizin şanlı səhifəsi və zirvə nöqtəsi olduğunu vurğulayıb. Qeyd edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinə başlanılıb, mühüm infrastruktur layihələri gerçəkləşdirilib: “Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına 14 milyard manatdan çox vəsait yönəldilib. Onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə məskunlaşma təmin edilib. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək isə 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək”.
Tədbir iştirakçılarından Novruz Quliyev, Elçin Hüseynbəyli, Hafiz Quliyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildirib, seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər isə “Ümumxalq partiyası olan YAP alternativsiz seçimimizdir”, - deyə vurğulayaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20

