Nizami rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2012 [01:29]
Sədaqət Vəliyeva: Xalqın milli tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşan Ulu öndər millətimizin parlaq gələcəyinin təməlini qoyub
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev daim qəlblərdə yaşayacaq” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bütün ömrünü xalqımızın tərəqqisinə və inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev taleyini xalqımıza bəxş etdiyi dahi şəxsiyyətdir: “Azərbaycan tarixinin son 30 ili Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqımızın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayıb, atəşkəsə nail olub. Onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə daxili sabitlik bərpa edilib, iqtisadi inkişaf, quruculuq işlərinə başlanılıb. Məhz, Ümummilli liderin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində müstəqillik yolunda kövrək addımlarını atan respublikamız iqtisadi böhrandan çıxıb, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulub, Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Xalqın milli tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşan Ulu öndər millətimizin parlaq gələcəyinin təməlini qoyub”.
Sədaqət Vəliyeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi. Yaşadığımız dövr tarixə Heydər Əliyev erası kimi daxil olacaq: “Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu şərəfli dövrü daha mükəmməl öyrənəcək və təhlil edəcək”.
Digər çıxış edənlər ölkəmizin iqtisadiyyatında, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə əldə olunan nailiyyətləri xatırladıb, Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.
Sonda YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

