/ / Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur
Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur
14.11.2024 [16:14]
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Türk Dünyası çox geniş coğrafiyanı əhatə edir. Bəzi ölkələr böyük təbii sərvətlərə malikdir, bəzilərinin isə güclü hərbi imkanları var. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzlərindən birinə çevrilməsi lazımdır. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı özünü Türk Dövlətləri Təşkilatıının fəallaşmasında göstərir. Son illərdə nəzərəçarpacaq dərəcədə bu təşkilat çərçivəsində türk ölkələri əməkdaşlığı gücləndirir. Bu inkişaf, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə müşahidə olunur. Türk Dövlətləri Təşkilatı və digər regional formatlarda, bu ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq artır və birgə təşəbbüslər daha da genişlənir. Türk Dünyası ölkələri arasında qarşılıqlı siyasi dəstək və əməkdaşlıq, regional və beynəlxalq məsələlərdə birgə mövqelərin ortaya qoyulmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatı, bu əməkdaşlığın əsas platformalarından biridir və dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir. İqtisadi sahədə birgə layihələr, ticarət əlaqələrinin inkişafı və enerji sahəsində əməkdaşlıq önəmlidir. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən mexanizmləri mövcuddur və bu əməkdaşlıq həmçinin infrastruktur layihələrini əhatə edir. Xüsusilə, ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.
Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edərək mühüm açıqlamalar verdi: "Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm".
Naxçıvan Sazişi haqqında danışan dövlət başçısı qeyd etdi ki, bu saziş Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Həmçinin, bu əməkdaşlıq, dünya miqyasında Türk dövlətlərinin beynəlxalq təsirini artırır. Gələcəkdə isə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir. Bu inkişafın nəticəsi olaraq, Türk Dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi və birgə əməkdaşlıq platformalarının genişlənməsi, bu dövlətlərin gələcəkdə daha da yaxınlaşmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

