Azərbaycan düşünülmüş daxili və xarici siyasət aparır
09.04.2025 [22:37]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Cari ilin aprelin 4-də “Gülüstan” sarayında – Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin XI və Yaşıl Enerji məşvərət Şurası çərçivəsində nazirlərin III iclası keçirilmişdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəxalq maliyyə institutu, həmçinin 42 enerji şirkəti iştirak etmişdir.
Toplantının önəmli cəhətlərindən biri də iştirakçı ölkələrin və şirkətlərin tərkibinin genişlənməsi idi. Bu dəfə tədbirdə Qərbi Balkan ölkələri – Bosniya və Herseqovina, Qara Dəniz bölgəsindən Moldova və digər dövlətlər də yer aldı. Bu ölkələr enerji təchizatında etibarlı alternativlər axtararkən, Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirin açılışında çıxış edərək, ölkənin enerji strategiyasının əsas prioritetlərini diqqətə çatdırdı: “Cənub Qaz Dəhlizi layihəsi artıq tarixə çevrilib. O, reallıqdır və bu reallıq Avropanın enerji təhlükəsizliyinin mühüm sütunlarından biridir.”
Prezident qeyd etdi ki, Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar 13 milyard kubmetr oldu. Bu isə Azərbaycanın təchizat imkanlarının və siyasi iradəsinin dinamik inkişafından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının artıq 11-ci dəfədir Bakıda toplaşdığını və Avropa Komissiyası tərəfindən dəstəkləndiyini, enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında birgə səylərin önəmli olmasını vurğulamışdır.
Azərbaycanın təbii sərvəti Avropadakı qaz ehtiyacını ödəyəcək vəziyyətdə olması, Azərbaycanla əməkdaşlığı sıxlaşdırır. Cənab Prezident İlham Əliyevin təmkinli xarici siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında bir körpü rolunu oynayır. Bundan sonra Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşlar üçün daha mühüm rol oynayacaq.
Bu toplantı bir daha Azərbaycanın hər bir sahədə olduğu kimi, enerji sahəsində də inkişafını, dünya ölkələrinin Azərbaycana olan marağını təsdiqlədi. Bir daha bu sahənin inkişafında əməkdaşlığın vacibliyini sübut etdi. Xalqımızın rifahı üçün belə toplantıların əhəmiyyəti isə danılmazdır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

