"Gələcəyin səmasında Azərbaycan imzası" adlı tədbir keçirilib
15.05.2025 [15:53]
Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Gələcəyin səmasında Azərbaycan imzası" tədbiri keçirilib.
Tədbirdə dövlət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan Texniki Universitetinin rəhbər heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qalıb.
Əvvəlcə tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramını ifadə ediblər.
Tədbirin açılışında Ulu Öndərin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Sonra dronun əsas texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, tam avtoritar rejimdə fəaliyyət göstərə bilən dron kəşfiyyat təyinatlı kamera sistemi, kamikadze funksiyası, yüksək manevr qabiliyyəti və amortizatorlu təkərlərə malikdir. Aerodinamik quruluşu ilə sanki küləklərlə danışa bilən səssiz lakin iradəli bir varlıq kimi havada süzür. Dronun bütün proqram təminatı - süni intellektdən idarəetməyə qədər - tələbələrin öz intellekt məhsuludur.
Qeyd olunub ki, layihə Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının, onun uzaqgörən siyasətinin bariz nəticəsidir. “H10” adının “Heydər Əliyev 10” kimi seçilməsi də təsadüfi deyil – bu, tələbələrin Ulu Öndərə olan dərin sevgisi və ehtiramının rəmzidir. Onlar bu layihə vasitəsilə yalnız texnoloji yenilik yaratmayıb, Ümummilli Lider Heydər Əliyevin gənclərə aşıladığı siyasəti yaşadaraq, onun ideyalarını real nəticələrə çeviriblər.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bu tədbiri gənclərə olan inam və etimadın təzahürü adlandırıb: “Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan tədbirimiz gənclərin potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Bu cür tədbirlər gənclərin bacarıqlarını, istedadlarını və yaradıcılıqlarını nümayiş etdirmələrinə imkan yaradır. Gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun, milli kimliyin ötürülməsi bizlərə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasi ideologiyanın əsasını təşkil edir. Buna görə də dahi şəxsiyyətin anadan olmasının 102-ci ildönümü ərəfəsində məhz belə bir tədbirin keçirilməsi xüsusi önəm daşıyır. Gənclərin ictimai, sosial və mədəni sahələrdə daha aktiv iştirak etmələrini təşviq edən hər bir layihə dəstəklənməli və bu sahə davamlı təbliğ olunmalıdır. Bugünkü tədbir dövlətin gənclərə verdiyi dəyərin, onlara olan etimadın və gələcəyin etibarlı əllərdə olduğuna inamın təzahürüdür. Qısaca desək, "Gənclər bizim gələcəyimizdir" devizi altında keçirilən tədbirlər gənclərin inkişafı, cəmiyyətə inteqrasiyası və gələcək liderlər kimi formalaşmasına xidmət edir".
“EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev tədbirdə çıxışı zamanı qeyd edib ki, təşkilatın nəzdində fəaliyyət göstərən xüsusi gənclər sektoru bacarıqlı və perspektivli gənclərdən ibarətdir. Həmin sektorun əsas hədəfi isə Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətini dəstəkləmək və bu siyasətin daha da güclənməsinə töhfə verməkdir: "Bugünkü tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin gənclərə aşıladığı dövlətçilik ideyalarının və texnoloji inkişafa yönəlmiş siyasətinin real nəticələrini nümayiş etdirməkdir. Tələbələr bu layihə ilə təkcə bir texniki yenilik təqdim etməyiblər – onlar öz sevgilərini, inamlarını və gələcəyə olan ümidlərini Ulu Öndər Heydər Əliyevin ideyaları ilə harmoniya içində ifadə ediblər. Prezident İlham Əliyevin dediyi kimi gənclər bizim bu günümüzdür, sabahımızdır, gələcəyimizdir. Bu fikirlər gənclərimiz üçün həm istiqamət həm də motivasiya mənbəyidir. Onu da qeyd edim ki, gənclər işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi üçün xüsusi qurğu üzərində işləyirlər. Həmin təşəbbüs dövlətimizə dəstək olmaq, təhlükəsiz gələcək qurmaq yolunda gənclərin məsuliyyətli yanaşmasının bariz nümunəsidir".
Sonra layihədə əməyi keçən komanda üzvləri səhnəyə dəvət olunaraq ictimaiyyətə təqdim ediliblər: Layihə rəhbəri Rəşvin Şirəlizadə, mühəndis Anar Məmmədov, mexanik Adil Orucov, elektrik və elektronika mütəxəssisi İsmayıl Rəhimli, proqramçı Elmir Nəbiyev. 44 günlük haqq savaşımızda qazanılan şanlı Qələbədən ilhamlandıqlarını bildirən gənclər Vətən müharibəsində əldə edilən Zəfərdə qardaş ölkə Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının rolunun böyük olduğunu xatırladıblar. Bildirilib ki, müasir texnologiyaların tətbiqinin gətirdiyi üstünlükləri nəzərə alaraq iki ay əvvəl layihənin icrasına başlanılıb. Hazırladıqları dron haqqında danışan gənclər qeyd ediblər ki, kameraya xüsusi yazılmış proqramlar sayəsində çəkilişlər daha dəqiq və funksional şəkildə həyata keçirilir. Havadakı sabitliyi və uçuş dəqiqliyi özəl alqoritmlərlə tənzimlənir. Hərəkətləri zərif, amma qətiyyətlidir.
Sonra çıxış edən Milli Məclisin deputatları Jalə Əliyeva, Aydın Mirzəzadə, Könül Nurullayeva, Günay Ağamalı, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, Müdafiə Sənayesi Nazirinin müşaviri Arif Babayev, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev və başqaları Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və gənclər siyasətinin bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Elə həmin siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı ölkə başçısının bir çağırışı ilə minlərlə gənc könüllü şəkildə cəbhəyə axışaraq Vətən uğrunda savaşa atıldı. Bu həm birliyin, həm liderə inamın, həm də vətənpərvərliyin ən ali nümunəsi idi.
Dron və PUA-ların İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdiyini qeyd edən çıxışçılar gənclərin ərsəyə gətirdiyi texnologiyanı və onların peşəkarlığını yüksək dəyərləndirib, onun təkmilləşdirilməsi və yeni texnologiyaların hazırlanması istiqamətində təkliflərini verib, onların daha böyük uğurlar qazanacaqlarına əminliklərini ifadə ediblər.
Sonda komanda üzvləri Fəxri fərmanlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

