Ölkənin enerji tarixində mühüm addım
30.06.2025 [17:25]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Azərbaycan Hökuməti 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmağı hədəfləyir. Xəzər dənizinin dayaz hissəsində planlaşdırılan külək elektrik stansiyaları, yeni Günəş və hidroenerji layihələri ilə bu məqsədə nail olunması üçün zəruri hüquqi, texniki və investisiya bazası yaradılıb. Beynəlxalq şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində yaxın illərdə enerji sisteminə minlərlə meqavat gücündə yaşıl enerji əlavə ediləcək. Bu isə həm enerji ixracının artırılması, həm də ekoloji öhdəliklərin yerinə yetirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar açacaq.
COP29-un Bakıda keçirilməsi ölkəmizin yaşıl enerji siyasətinə və ekoloji təşəbbüslərinə beynəlxalq diqqəti daha da artırıb. Bu tədbir çərçivəsində Azərbaycan dünyanın qabaqcıl enerji şirkətləri, beynəlxalq maliyyə institutları və ekoloji təşkilatları ilə yeni tərəfdaşlıqlar qurmaq, yaşıl enerji texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq yaşıl maliyyə resurslarına çıxış imkanlarını gücləndirmək imkanı qazanıb.
Bu günlərdə Azərbaycanın enerji təhlükəsizliyində tarixi addım atıldı. Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu. Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Bundan əlavə, stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcıdır.
Sözügedən açılış mərasimində “Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür” söyləyən dövlətimizin başçısı qeyd etdi ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu stansiyanın istifadəyə verilməsi Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi ki, məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir.
Cənab İlham Əliyev bildirdi ki, biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.
2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyunun 25-də, düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12
Siyasət
15 Yanvar 09:55
Analitik
15 Yanvar 09:33
Analitik
15 Yanvar 09:15
Ədəbiyyat
15 Yanvar 08:51
Sosial
15 Yanvar 08:33
Gündəm
15 Yanvar 08:10
Dünya
15 Yanvar 07:47
İqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37

