Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq
04.07.2025 [19:38]
İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərinin inkişafı mühüm yer tutur.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan inkişaf edir, genişlənir.
Respublikamız bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarla, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir.
Bu günlərdə Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin ölkəmizə dövlət səfəri də şübhəsiz ki, strateji və tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib. Cənab Prezident çıxışında ötən il Daşkənddə Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandığını bir daha nəzərə çatdırıb. Qeyd edib ki,“Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.”
Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şafkat Mirziyoyevə kənd təsərrüfatına və ilk növbədə isə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduğuna və Qarabağın bərpasına göstərdiyi köməkliyə görə xüsusi minnətdarlığını ifadə edib.
Dövlət başçımız bununla bağlı qeyd edib: ”Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq.
Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.
Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılması, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması da xüsusi əhəmiyyət kəsb edir.
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına bax
Dünya
13 İyul 14:22

Dünya
13 İyul 13:37

Hadisə
13 İyul 12:28

Hadisə
13 İyul 11:24

Dünya
13 İyul 10:47

Dünya
13 İyul 10:19

Dünya
13 İyul 09:22

İdman
13 İyul 08:42

Dünya
13 İyul 08:17

Hadisə
13 İyul 08:05

Hadisə
13 İyul 07:26

Elm
13 İyul 06:55

Dünya
12 İyul 23:19

İdman
12 İyul 22:24

Gündəm
12 İyul 21:10

MEDİA
12 İyul 20:26

Siyasət
12 İyul 19:27

Dünya
12 İyul 19:14

Dünya
12 İyul 18:32

Siyasət
12 İyul 18:26

Siyasət
12 İyul 17:43

Dünya
12 İyul 17:28

Hadisə
12 İyul 16:30

Dünya
12 İyul 15:42

Gündəm
12 İyul 15:22

İqtisadiyyat
12 İyul 14:54

Dünya
12 İyul 14:38

Siyasət
12 İyul 14:00

Hadisə
12 İyul 13:21

Dünya
12 İyul 12:36
YAP xəbərləri
12 İyul 11:40

İdman
12 İyul 11:25

Siyasət
12 İyul 10:38

Sosial
12 İyul 10:33

Sosial
12 İyul 10:14

Siyasət
12 İyul 09:55

MEDİA
12 İyul 09:42

Analitik
12 İyul 09:35

Ədəbiyyat
12 İyul 09:13

Analitik
12 İyul 08:59

Ədəbiyyat
12 İyul 08:46

Ədəbiyyat
12 İyul 08:31

Sosial
12 İyul 08:15

Gündəm
12 İyul 07:35

İdman
11 İyul 23:32

Sosial
11 İyul 23:14

Sosial
11 İyul 22:49

Dünya
11 İyul 22:36

İqtisadiyyat
11 İyul 21:53

Dünya
11 İyul 21:28

İqtisadiyyat
11 İyul 20:51

Dünya
11 İyul 20:15

Dünya
11 İyul 19:42

İdman
11 İyul 19:29

Sosial
11 İyul 18:14
YAP xəbərləri
11 İyul 17:31

Sosial
11 İyul 17:21

Analitik
11 İyul 17:13

YAP xəbərləri
11 İyul 17:12

Turizm
11 İyul 16:39

YAP xəbərləri
11 İyul 16:32

Sosial
11 İyul 15:45

YAP xəbərləri
11 İyul 15:29

Dünya
11 İyul 15:02

Hadisə
11 İyul 14:35

İqtisadiyyat
11 İyul 14:33

Dünya
11 İyul 14:10

Dünya
11 İyul 13:39

Sosial
11 İyul 12:27

Sosial
11 İyul 11:52
