Bərdəlilərin yeganə seçimi Prezident İlham Əliyevdir
18.09.2013 [10:51]
Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Yeni Daşkənd kəndinin mərkəzi meydanında olub.
800 nəfərə yaxın seçicinin iştirak etdiyi görüşü YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə qazanacağına əminliyini ifadə edib: “Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun direktoru, millət vəkili, Filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva cənab İlham Əliyevin 10 illik fəaliyyəti zamanı əldə edilən uğurlara nəzər salıb. Millət vəkili ölkə iqtisadiyyatının inkişaf tempini Avropa dövlətləri ilə müqayisə edərək bildirib ki, ötən 10 il ərzində Azərbaycan sürətlə inkişaf edib: “Azərbaycan investisya idxal edən ölkədən investisya ixrac edən ölkəyə çevrilib, qeyri neft sektorunda ÜDM istehsalı 2,4 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,6 dəfə artıb, insan indeksinin inkişafına görə Azərbaycan dünya üzrə öncüllər sırasına çıxıb. Neft kapitalı ugurla insan kapitalına çevrilib”.
Çıxışının sonunda Gövhər Baxşəliyeva seçiciləri Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Seçicilər qarşısında çıxış edən texniki elmlər doktoru Mürsəl Əliyev bildirib ki, cənab İlham Əliyev ötən müddət ərzində sübut edib ki, hər bir Azərbaycan vətəndaşının Prezidentidir: “Mən sizləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Görüşdə çıxış edən rayon Ağsaqqalar Şurasının sədri Arif Əliyev, partiya fəallarından Həsən Həsənov, Ələddin Balıyev, Əliş Şərifov və başqaları cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin canlı şahidləri olduqlarını bildiriblər. Natiqlər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Dünən həmçinin, rayonunun Mustafaağalı kəndində də seçicilərlə görüş olub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

