Sabitlik və təhlükəsizlik vacib amillər olaraq qalacaq
30.07.2025 [14:59]
"3-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin verdiyi ən vacib mesajlardan biri Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanı olması ilə bağlı idi Dövlət başçımıza ünvanlanan suallardan aydın olurdu ki, dünya mediası geosiyasi proseslərin bu regiona təsirilə maraqlanır və qalib ölkə kimi Azərbaycanın mövqeyi xüsusi maraq kəsb edir: "30 ilə yaxın işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu cənab Prezident bir daha bəyan etdi. “Cənubi Qafqaz sabit məkan olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Biz artıq sülh şəraitində yaşamalıyıq” deyən dövlət başçımız bu regionun əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiyini xatırlatdı. 50-dən artıq ölkədən nümayəndənin qatıldığı beynəlxalq media platformasından bu mesajın verilməsi olduqca vacibdir. Çünki müharibənin başa çatmasından 5 ilə yaxın vaxt keçməsinə rəğmən hələ də yekun sülh müqaviləsi imzalanmayıb və bəzi qərəzli dairələr sülhün yubanmasında Azərbaycanı ittiham etməyə çalışır, Ermənistandan isə “sülh göyərçini” düzəltməyə çalışır. Dünya mediası bu platforma vasitəsilə sülhün yubanmasının əsas səbəbini öyrənmiş oldu.
Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan Əbu-Dabi görüşü də dünya mətbuatını maraqlandıran mövzular sırasında idi. Məlum oldu ki, Əliyev-Paşinyan görüşü zamanı tərəflər arasında etimadın bərpası əsas müzakirə mövzularından biri olub. Rəsmi Bakı haqlı olaraq beynəlxalq hüququn normalarına söykənən və separatçılığın kökünü birdəfəlik kəsən rəsmi sənədlərdən ibarət zəmanət tələb edir.
Eyni zamanda Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğvi də əsas şərtlər sırasındadır. Yekun sülh sazişinin imzalanması da bu şərtlərin icrasından asılıdır. Bu reallıqlar fonunda Azərbaycan Prezidenti Şuşa Forumundan “biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq” mesajını da verdi.
Ən çox mübahisə doğuran məsələlərdən biri – Zəngəzur dəhlizinə gəlincə, bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Belə ki, Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçid olmalıdır. Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq. Hətta Əbu-Dabi görüşündə də Azərbaycan Prezidenti qarşı tərəfə bir daha xatırladıb ki, bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçid olmalıdır. Yəni, belə olan halda Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə manipulyasiyalarına da artıq yer qalmır. Dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi də Azərbaycan üçün qəbuledilməzdir. Dövlət başçısımız bir daha bəyan etdi ki, “bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

