Goranboy ictimaiyyətinin seçimi cənab İlham Əliyevdir
21.09.2013 [10:00]
Sentyabrın 19 və 20-də rayonun Qaradağlı, Şadlı, Xoylu, Yolqullar, Nizami, Ağamalıoğlu, Bağçakürd və Dəyirmanlar kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Sentyabr ayının 19 və 20-də YAP Goranboy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaradağlı, Şadlı, Xoylu, Yolqullar, Nizami, Ağamalıoğlu, Bağçakürd və Dəyirmanlar kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
Tədbirlər giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayilov açaraq qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də, bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Goranboy ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Mahir Aslanov bildirib ki, bu gün Azərbaycanda əldə edilən uğurlar Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. “Bu dövr ərzində görülən işlər, demək olar ki, bütün sahələri əhatə edib. Hər bir sahədə əldə olunan uğurlar göz önündədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, regional və beynəlxalq təhlükəsizlik üçün xüsusi əhəmiyyət kəsb edən müqavilələrin imzalanması əldə edilən nailiyyətlərin yalnız bir qismini təşkil edir”, - deyən millət vəkili əlavə edib ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqının arzularını reallaşdıran cənab İlham Əliyev qalib gələcək və bundan sonra da Azərbaycanı qələbələrə, uğurlara doğru aparacaq.
YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova isə çıxış edərək Azərbaycanın ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir.
Ə.Həşimova rayon ictimaiyyətinin nümayəndələrini 9 oktyabrda keçiriləcək seçkilərdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Azərbaycan Respublikası Kibernetika İnsitutunun direktoru akademik Telman Əliyev isə qeyd edib ki, Azərbaycan ictimaiyyəti Ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasətini, Yeni Azərbaycan Partiyasının tutduğu doğru yolu dəstəkləyir. “Müstəqil dövlətimizin banisi Ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər bu dövləti böyük çətinliklərlə qurub, yaradıb. Bu gün isə Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Azərbaycan istər iqtisadi-siyasi, istərsə də sosial problemlərin həlli baxımından dünyanın bir çox ölkələrindən öndə dayanır”, - deyə akademik əlavə edib.
Akademik xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində gördüyü misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb.
Sonra seçicilər Hidayət Bayramov, Şakir Hüseynov, Sadıq İsmayilov, Yaqub Allahverdiyev, Füzuli Almuradov, Zahid Əsədov, Zöhrə Məmmədova, Fəxrəddin Cəfərov, ziyalılar Ziya Şükürov, Şahin Allahverdiyev və digərləri respublikamızda aparılan abadlıq-quruculuq- işlərindən danışıblar. Prezident İlham Əliyevin dövlət başçısı kimi 10 illik fəaliyyətinə diqqət yetirilib. Çıxış edənlər 9 oktyabrda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25

