Ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir
21.09.2013 [10:01]
Məhz buna görə də, Ağcabədi seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklər
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə Seçki Qərargahının üzvləri sentyabrın 20-də təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini keçiriblər.
İlk görüş rayonunun Qaradolaq kəndində olub. Kənd sakinləri qarşısında çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov prezident seçkilərinin ölkənin həyatında mühüm hadisə olduğunu bildirib. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində Azərbaycanda bütün sahələrdə uğurların əldə olunduğunu deyən Nazim Bünyatov “Məhz bu uğurların davamı üçün biz yalnız və yalnız cənab İlham Əliyevə səs verməli, Onunla birgə addımlamalıyıq” sözlərini əlavə edib.
Görüşdə çıxış edən Seçki Qərargahının üzvü Teymur Rəhimov da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar barədə danışıb. Bu siyasətin Ağcabədi sakinlərinin də həyatına müsbət təsir etdiyini deyən natiq sakinləri 9 oktyabrda YAP-ın namizədinə səs veməyə çağırıb.
Daha sonra rayonun Aran kəndində seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir: “Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonumuzda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, Ağcabədidə yeni iş yerləri açılır, məktəblər, səhiyyə ocaqları tikilir və s. Təbii ki, bütün bunlar insanların maddi rifahının yüksəlməsinə, rahatlığını təmin etməyə hesablanıb”.
Rayon təşkilatının sədri çıxışını “Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. Bu inkişafın davamı xalqımızın seçimindən asılıdır. O seçimi isə siz artıq etmisiniz. O seçim Prezident İlham Əliyevdir” sözləri ilə tamamlayıb.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib: “Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət mənada böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları, məktəblər inşa edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Aqil Abbas isə həyata keçirilən sosial siyasətin vətəndaşlarımızın rifahına xidmət etdiyini deyib: “Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb”.
Görüşlərdə çıxış edən kənd sakinləri Sadiq Cəfərov, Zakir Səlimov, Elmar Məmişov, Təranə Məmmədova və başqaları deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

