/ / Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib
26.09.2013 [10:57]
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Soyulan, İrəvanlı, Hacallı və Qapanlı kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin vacib bir siyasi proses ərəfəsində olduğunu deyib. Bu prosesdə hər bir seçicinin fəallıq göstərməsinin zəruri olduğunu bildirən R.Şabanov əlavə edib ki, seçkilərdə cənab İlham Əliyevin qalib gələcəyinə kimsə şübhə etmir: “Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir və xalqımız düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyev yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb”.
Millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur”.
Seçicilər qarşısında çıxış edən YAP Tərtər rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub: “Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Xaliq Məmmədov, həmçinin, Soyulan kənd sakinləri - Mayıl Məmmədov, Yaqub Ağayev, Əşrəf Sadıqov, İrəvanlı kənd sakinləri- Afaq Məmmədova, Xaliq Məmmədov, Cəfər Məmmədov, Hacallı kənd sakinləri- Əprüz Nəcəfova, Mübariz Albetov, Oktay Məmmədov, həmçinin, Qapanlı kənd sakinləri- Zenfira Allahverdiyeva, Zülfü Şəmiyev 9 oktyabrda keçiriləcək prezident seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

