Həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib
27.09.2013 [10:12]
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunda seçicilərlə görüşlər davam edir
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunda seçicilərlə görüşlər davam edir. Belə ki, sentyabrın 25-də rayonun Kürdlər, Minəxorlu və Sarvanlar, sentyabrın 26-da isə Yuxarı Qiyamədinli, Mirzəhaqverdili və Arazbar kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır. Rayon təşkilatının sədri deyib ki, bu proqramlar nəticəsində yeni müəssisələr işə salınır, yeni iş yerləri açılır və regionlardan şəhərə axının qarşısı alınır: “Artıq yerli əhali açılan yeni müəssisələrdə işləməyə başlayıb. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını yüksəldir”.
Çıxışında ötən 10 il ərzində Ağcabədidə görülən işlər barədə də danışan natiq “Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Əminəm ki, dövlətçiliyə sadiq Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər” deyib.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev isə deyib ki, Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin daha da güclənməsini təmin edib: “Rayonlarda aparılan quruculuq işləri, ölkədə həyata keçirilən islahatlar insanların həyatına müsbət mənada böyük təsir göstərib. Yollar çəkilir, körpülər salınır, səhiyyə ocaqları, məktəblər inşa edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”.
Çıxış edən millət vəkili Aqil Abbas həyata keçirilən sosial siyasətin vətəndaşlarımızın rifahına xidmət etdiyini deyib: “Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb”.
Öz növbəsində görüşlərdə çıxış edən adıçəkilən kənd sakinləri oktyabrın 9-da seçki məntəqələrinə gələrək inkişafın davamına səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

