/ / Prezidentimiz cənab İlham Əliyev Xankəndində bayrağımızı ucaltmaqla 200 illik ədalətsizliyə son qoydu
Prezidentimiz cənab İlham Əliyev Xankəndində bayrağımızı ucaltmaqla 200 illik ədalətsizliyə son qoydu
22.09.2025 [21:36]
Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci ilin noyabrındakı möhtəşəm qələbəmizdən sonra 2023-cü ilin sentyabrında erməni terrorizminin və talançılığının qarşısı tamamilə alındı, digər şəhərlərimiz kimi əziz və tarixi şəhərimiz olan Xankəndi 200 illik ədalətsizlikdən qurtuldu. Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi, coğrafi-siyasi baxımdan Azərbaycan bütöv, vahid orqanizmə çevrildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də tarixi gündə ‒ Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu gündə Xankəndidə, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Cənab Prezident İlham Əliyevin dövlət bayrağını dövlət başçısı seçilməsinin 20-ci ilində Xankəndidə ucaltması Azərbaycan tarixində nisbi-bərabəri olmayan bir hadisədir. Bu gün Azərbaycan xalqı üçün milli qürur, başıucalıq günüdür. Bu hadisə 100 illiklərdən bəri millətimizə qarşı qurulan planların, "dənizdən dənizə böyük Ermənistan" layihələrinin, Ermənistanı müdafiə edənlərin dəfn edilməsidir.
Xankəndinin əsas meydanında xalqa müraciət edən Prezident İlham Əliyev həm də 2003-cü il ali dövlət postuna seçilərkən Xalqa verdiyi vədi yerinə yetirərək dövlətimizin qarşısında duran əsas və tarixi missiyanı zəfərlə başa çatdırdı. Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində Parlaq Qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Xalq qarşısında verdiyi bütün vədləri layiqincə yerinə yetirdi. Özünün də bəyan etdiyi kimi, “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmzi mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz “Heydər Əliyev İli”ndə tamamlanmasıdır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xankəndi şəhərində təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Vaxtilə Ulu Öndərin təsdiq etdiyi Baş plan əsasında qurulan Xankəndi hazırda cənab İlham Əliyevin yeni milli quruculuq fəlsəfəsi əsasında tamamilə müasir görkəmdə həyata keçirilir, Xankəndinin tarixi-milli siması özünə qaytarılır, yararsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.
Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.
Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

