Gəncə sakinlərinin birmənalı seçimi cənab İlham Əliyevdir!
07.10.2013 [09:53]
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində respublikanın hər yerində minlərlə görüşlər keçirilib, bu görüşlərdə cəmiyyətin bütün təbəqələri fəal iştirak ediblər. Partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası Gəncə şəhərində də yüksək mütəşəkkillik və seçici fəallığı ilə davam etdirilir. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, ölkəmizdə və eləcə də, Gəncə şəhərində 9 oktyabr prezident seçkiləri ilə bağlı mühüm ictimai-siyasi proseslər, təbliğat - təşviqat kampaniyasının gedişi, seçicilərlə görüşlər, ölkə Prezidentinə rəğbət dolu çıxışlar, xalqın güclü dəstəyi və inamı xarici ölkələrdə, paytaxt Bakıda təhsil alan tələbələr, magistrlər, doktorantlar tərəfindən sosial şəbəkələrdə maraqla izlənilir. Onlar YAP Gəncə şəhər təşkilatının elektron ünvanına göndərdikləri təşəkkür və minnətdarlıq məktublarında ölkə Prezidenti cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə tərəfdar olduqlarını bildirir və İlham Heydər oğlu Əliyev kimi güclü və qüdrətli liderlə qürur duyduqlarını, Gəncə şəhərində bu istiqamətdə aparılan təbliğat - təşviqat işlərində bizə dəstək olduqlarını bəyan edirlər: “Biz qələbələrin, uğurların davamlı olması üçün xalqımızın vətənpərvər oğlu, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdə olacaq, alternativsiz liderimizə səs verəcəyik! Eşq olsun, müstəqil Azərbaycanı daim zirvələrə aparan, müdrik liderimiz cənab İlham Əliyevə! Yaşasın daim öndə olan, qələbələrimizin ilhamçısı Yeni Azərbaycan Partiyası!”
Təbliğat - təşviqat kampaniyasında iştirak edən seçicilər, rayon fəalları da kampaniyanın gedişi ilə bağlı fikirlərini bildiriblər. Gəncə Dövlət Universitetinin müəllimi İsmayıl İsmayılov deyib ki, şəhər sakinlərinin yeganə seçimi cənab İlham Əliyevdir: “Prezidentimiz cənab İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu yeni dövrün tələbləri səviyyəsində həyata keçirir. Cənab Prezident verdiyi hər bir vədi əməli işi ilə doğruldaraq, insanlara qayğı prinsipinə əsaslanan sosialyönümlü strategiyanı uğurla davam etdirir. Təbii ki, bu uğurların davamı üçün biz irəliyə cənab İlham Əliyevlə birgə addımlamalıyıq!”.
Şəhər sakini Xədicə Həsənova isə bildirib ki, son 10 il ərzində qazanılan uğurlar cənab İlham Əliyevin Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyib. Bu uğurlar son nəticədə əhalinin sosial-rifahının yüksəlməsinə yol açıb. Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətin həyata keçirilməsinə, eyni zamanda, digər sahələrdə irəliləyişlərin əldə olunmasına zəmin yaradır. Məhz bu gün Azərbaycan hər bir sahədə yüksəliş dövrünü yaşayır: “Gəlin Azərbaycanın işıqlı gələcəyi üçün cənab İlham Əliyevə səs verək!”.
Gəncə Dövlət Universitetinin tələbəsi Bəşir Bağırzadə də vurğulayıb ki, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, intellektual, hərtərəfli biliyə malik, zəngin dünyagörüşlü gənclər olaraq formalaşması, cəmiyyətdə fəal mövqe tutması, ölkəmizin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş aparılır. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər əldə edilən uğurları yüksək qiymətləndirir və gələcəyə optimist baxırlar: “Elm, idman, incəsənət sahəsində gənclərin nailiyyətləri hər birimiz üçün örnəkdir. Firavan həyatımızda qürurverici nə varsa, buna görə ölkə başçısına borcluyuq. Biz öz vətəndaşlıq borcumuzu nümunə olacaq işlərimizlə yerinə yetirəcək, göstərilən etimadı hər zaman şərəflə doğrultduğumuzu 9 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə bir daha təsdiqləyəcəyik”.
Gənc Vətənpərvərlər Birliyinin Gəncə Regional Təşkilatının rəhbəri Elçin Axundov deyib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları yüksək səviyyədə inkişaf edərək artıq, beynəlxalq aləmdə də Azərbaycanın milli-mənəvi dəyərlərini tanıdır və təbliğ edirlər. Möhtərəm Prezidentimiz son 10 ildə bütün sahələri inkişaf etdirməklə bərabər, QHT sahəsinə də diqqət və qayğı ilə yanaşır. Məhz dövlət səviyyəsində verilən dəstəyin nəticəsidir ki, bu gün QHT-lər beynəlxalq səviyyədə fəaliyyətlərini genişləndiriblər, öz işlərini işgüzar münasibətlər və əməkdaşlıq şəraitində qura biliblər. “Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanımızın uğurlu gələcəyi üçün misilsiz xidmətlərini yüksək dəyərləndirir və gələcək 5 ildə də Azərbaycan Prezidenti seçilməsini dəstəkləyirik”.
Gəncə şəhər sakini Leyla Ağayeva deyib: “Azərbaycandakı, Gəncədəki yenilikləri, tərəqqini, müasirləşməni gördükcə arzularım daha da çoxalır, daim irəli gedən bir ölkənin önündə olan gənclər sırasında mən də öz töhfələrimi Vətənə vermək istəyi ilə yaşayıram. Həm güclü və qüdrətli Azərbaycanın vətəndaşı, həm də gündən - günə çiçəklənən gözəl Gəncənin sakini olduğum üçün fərəh hissi keçirirəm. Gənclərin himayədarı və lideri, Vətənimizi bütün dünyaya tanıdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizim qürur mənbəyimizdir. Xoşbəxtəm ki, mən də möhtərəm Prezidentimizə səs verənlər sırasında olacağam!”
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Lamiyə Yusibova deyib ki, artıq öz seçimini edib: “Cənab İlham Əliyev bizlər üçün ən doğru seçimdir. Gələcək 5 ilimizi etibarlı əllərə təslim etmək üçün bütün seçiciləri İlham Heydər oğlu Əliyevə dəstək olmağa çağırıram!”.
Gəncə sakini Elmir Bağırov isə deyib ki, bir gənc olaraq dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən çox razıdır: “Möhtərəm Prezidentimiz, gənclərin qayğıkeşi və himayədarı cənab İlham Əliyevin ətrafında biz daha sıx birləşəcəyik və xoşbəxt gələcəyimizə birgə addımlayacayıq!”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

