/ / Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
21.11.2025 [12:14]
Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Bildirilib ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır: “Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir mərhələdə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı idi. Bu müraciət milli məsuliyyətin təcəssümü olmaqla dövlətin gələcəyini qorumaq iradəsini ifadə edirdi. Ulu Öndər müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçdi. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırdı.
Diqqətə çatdırılıb ki, 33 il ərzində Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilmiş, həmçinin partiyanın yeni təşəbbüsləri, ictimaiyyətlə uğurlu əməkdaşlığı, dövlətimizin praqmatik siyasəti və işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən Böyük Qayıdış Proqramının əhəmiyyətindən bəhs edilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibəti ilə partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələrinin təqdim olunmuş, YAP Xəzər rayon təşkilatının inkişafında və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinin fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilmişdir.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
07 Dekabr 12:37
Dünya
07 Dekabr 11:20
Hadisə
07 Dekabr 10:49
Siyasət
07 Dekabr 09:23
İdman
07 Dekabr 08:46
Dünya
06 Dekabr 23:16
Dünya
06 Dekabr 22:35
Dünya
06 Dekabr 21:23
Sosial
06 Dekabr 20:45
Dünya
06 Dekabr 19:14
Hadisə
06 Dekabr 18:31
Sosial
06 Dekabr 17:40
Gündəm
06 Dekabr 17:28
Hadisə
06 Dekabr 16:29
Gündəm
06 Dekabr 15:56
Dünya
06 Dekabr 15:32
Dünya
06 Dekabr 14:20
Dünya
06 Dekabr 13:39
Dünya
06 Dekabr 13:11
Dünya
06 Dekabr 12:41
Dünya
06 Dekabr 12:17
Siyasət
06 Dekabr 11:52
Gündəm
06 Dekabr 11:45
İqtisadiyyat
06 Dekabr 11:28
Siyasət
06 Dekabr 11:14
İqtisadiyyat
06 Dekabr 10:58
Siyasət
06 Dekabr 10:35
MEDİA
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:53
Gündəm
06 Dekabr 09:44
Ədəbiyyat
06 Dekabr 09:30
Yeni texnologiyalar
06 Dekabr 09:15
Ədəbiyyat
06 Dekabr 08:59
Sosial
06 Dekabr 08:32
Gündəm
06 Dekabr 08:14
Dünya
06 Dekabr 07:23
Siyasət
05 Dekabr 23:44
İdman
05 Dekabr 23:21
Hərbi
05 Dekabr 23:17
İqtisadiyyat
05 Dekabr 22:40
Dünya
05 Dekabr 22:25
Sosial
05 Dekabr 21:46
İdman
05 Dekabr 21:18
Xəbər lenti
05 Dekabr 20:54
Xəbər lenti
05 Dekabr 20:34
Dünya
05 Dekabr 20:22
Dünya
05 Dekabr 19:48
Siyasət
05 Dekabr 19:27
Dünya
05 Dekabr 19:15
YAP xəbərləri
05 Dekabr 18:44
Sosial
05 Dekabr 18:24
YAP xəbərləri
05 Dekabr 17:59
YAP xəbərləri
05 Dekabr 17:46
Sosial
05 Dekabr 17:13
Gündəm
05 Dekabr 17:03
Gündəm
05 Dekabr 17:02
Siyasət
05 Dekabr 16:36
Xəbər lenti
05 Dekabr 16:21
Siyasət
05 Dekabr 16:00
Hadisə
05 Dekabr 14:15
Xəbər lenti
05 Dekabr 13:51
Dünya
05 Dekabr 13:17
Sosial
05 Dekabr 13:05
Sosial
05 Dekabr 12:47
Siyasət
05 Dekabr 12:46
Siyasət
05 Dekabr 12:45
Hadisə
05 Dekabr 12:43
Siyasət
05 Dekabr 12:01
Gündəm
05 Dekabr 11:50
İqtisadiyyat
05 Dekabr 11:45

