Xalqımızın qan yaddaşı
25.02.2026 [13:26]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisələr Azərbaycan tarixində ən qara səhifələrdən biridir. Həmin gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı faciəsi yalnız Azərbaycanın deyil, ümumiyyətlə dünya ictimaiyyətinin yaddaşında dərin iz buraxmışdır. Bu hadisə insanlığa qarşı törədilmiş cinayət kimi tarixə düşmüşdür. Faciənin baş verməsinin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı uzunmüddətli ərazi iddiaları və siyasi məqsədlərlə etnik təmizləmə aparmaq istəməsi olmuşdur.
Azərbaycan dövləti Xocalı hadisəsini soyqırımı aktı kimi tanımış, Ümummilli lider Heydər Əliyev bu faciəyə siyasi və hüquqi qiymət verərək, beynəlxalq aləmdə tanınması istiqamətində ilk addımları atmışdır. Bu gün də dövlətimizin və xalqımızın məqsədi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasıdır.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və qurbanların xatirəsinin əbədiləşdirilməsi üçün uzunmüddətli layihələr həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ictimaiyyətinə faciənin dəhşətini çatdırmaq, beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq və Xocalı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə fəal fəaliyyət göstərilir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Xocalı soyqırımını yad etmiş və bu faciəni xalqın qan yaddaşı kimi vurğulamışdır. Dövlət başçısı bildirib ki, Xocalı qurbanlarının xatirəsi əbədiləşdirilməli, onların haqları beynəlxalq aləmdə qorunmalıdır. O, həmçinin Tarixi Zəfərlə bu faciənin qisasının alındığını vurğulamışdır.
2020‑ci ilin Vətən müharibəsi və sonrakı əməliyyatlar nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad etmiş, xalqın uzun illər gözlədiyi ədalət təmin olunmuşdur. Bu, Xocalı qurbanlarının xatirəsinə verilmiş mənəvi qisas və tarixi ədalətin bərpasıdır.
Xocalı və onun tərkibindəki Əsgəran qəsəbəsində Azərbaycan dövlət bayrağının ucaldılması, həm torpaqlarımızın suverenliyini simvolizə edir, həm də Xocalı soyqırımının xatirəsini əbədiləşdirir. Bu, xalqımızın birliyini və ədalətə olan sadiqliyini göstərir.
Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi həm faciənin xatirəsini yaşatmaq, həm də gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Prezident İlham Əliyevin rayon ictimaiyyəti ilə görüşü zamanı vurğuladığı əsas məsələ — xalqın yaddaşının qorunması və Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir.
26 Fevral Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında unudulmaz faciə olaraq qalır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər bu faciənin xatirəsinin qorunması və ədalətin təmin olunması istiqamətində mühüm rol oynayır. Tarixi Zəfər və azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı isə Xocalı qurbanlarının xatirəsinə verilmiş ən böyük dəyərdir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

