Azərbaycanın enerji strategiyası yeni mərhələdə
05.03.2026 [22:31]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edib. Tədbirlər Azərbaycanın enerji diplomatiyasının və beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti dəfə nümayişidir. Cənab Prezident çıxışında bildirib ki, Azərbaycan təşəbbüskarı və aparıcı iştirakçısı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Qeyd olunub ki, bu layihə təkcə enerji infrastrukturu deyil, eyni zamanda ölkələr arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən platformadır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirib.
İclasda çıxış edən Prezident İlham Əliyev enerji marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən 4-cü iclasda Azərbaycan Respublikasının bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Xəzər dənizinin külək enerjisi potensialı və “yaşıl keçid” strategiyası barədə ətraflı məlumat verilib. Dövlət başçısı bildirdi ki, ölkəmiz bərpa olunan enerji resurslarının inkişafı istiqamətində böyük potensiala malikdir və bu potensialın reallaşdırılması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Cənab Prezident qeyd etdi ki, ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan külək, günəş və digər bərpa olunan enerji mənbələri hesabına enerji istehsalını artırmaqla həm daxili tələbatı ödəməyi, həm də gələcəkdə yaşıl enerjinin ixracını həyata keçirməyi hədəfləyir. Cənab Prezident vurğuladı ki, Azərbaycanın enerji siyasəti balanslı yanaşmaya əsaslanır: bir tərəfdən ənənəvi enerji resurslarının səmərəli istifadəsi təmin edilir, digər tərəfdən isə bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilir. Bu yanaşma Azərbaycanın qlobal enerji keçidi prosesində fəal iştirakını təmin edir.
Prezident qeyd edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerjinin istehsalı və ixracı istiqamətində də mühüm addımlar atır. Bu, ölkənin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və bu sahədə beynəlxalq əməkdaşlıq qarşılıqlı etimada əsaslanmalıdır. Azərbaycanın təşəbbüsləri həm regional, həm də qlobal enerji bazarında sabitliyə töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən iclaslarda iştirakı Azərbaycanın enerji siyasətinin ardıcıl və strateji xarakter daşıdığını, ölkənin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini bir daha təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

