Sülh, enerji və inkişaf
17.03.2026 [17:25]
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi və Qlobal Bakı Forumunun çox nüfuzlu beynəlxalq tədbir olduğunu qeyd etdi. Ölkə başçısı bir sıra məsələlər haqqında geniş fikir bildirdi. Regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin öz gücü sayəsində ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən danışdı. Yeddi aydır ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşayır. Ölkəmiz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq real həyatda sülhü təmin edib.
Ölkəmiz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırıb. Hətta Ermənistanla ticarət əlaqələri də bərpa edilib. Bu ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanıb. Bununla da ölkəmiz göstərdi ki, Azərbaycan uzunmüddətli deyil, əbədi sülhə sadiqdir. Prezident İlham Əliyevin strategiya və siyasəti bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.
Prezident İlham Əliyev Minsk qrupu haqqında öz fikirlərini Forum iştirakçıları ilə bölüşdü. Ölkə başçısı bildirdi ki, Minsk qrupunun 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Azərbaycanın təkidi ilə bu dırnaqarası vasitəçilikdən imtina edildi və ikitərəfli fəaliyyət nəticəsində sülh əldə olundu.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyi sahəsindəki təcrübəsindən də bəhs etdi. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı ölkəmiz ixracı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırır. Keçən il Azərbaycandan qaz alan ölkələrin sayı 12 idisə hazırda bu göstərici 16-ya yüksəlib. Bu ölkələr Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alırlar. Ölkə başçısı qeyd etdi ki, ixracın həcmi artmaqda davam edir ki, bu da bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi bundan sonra da enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

