/ / Qazaxda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103- cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Qazaxda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103- cü ildönümünə həsr olunmuş tədbir keçirilib
28.04.2026 [18:00]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 aprel 2026-cı il tarixdə Qazax Rayon İcra Hakimiyyəti, YAP Qazax Rayon Təşkilatı və Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103- cü ildönümünə həsr olunmuş “İki Dahi İnsan ömrü”mövzusunda tədbir keçirilib.
Tədbir Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin binası qarşısındakı şəhid həkim Adil Əfəndiyevin xatirə bulağının ziyarəti ilə başlanıb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab, jurnallardan ibarət sərgiyə baxış keçirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Afiq Fərruxov çıxış edərək bildiriblər ki, Akademik Zərifə Əliyeva müdrik xalqımızın yaddaşında əbədi qalan, daim böyük hörmət və ehtiramla anılan görkəmli şəxsiyyətlərdəndir. Qeyd olunub ki, o, həyatını insanlara xidmətə, elmi axtarışlara və oftalmologiya sahəsinin inkişafına həsr edib, yüksək insani keyfiyyətləri ilə seçilib. Onun həm də qayğıkeş ana və vəfalı ömür-gün yoldaşı kimi Ulu Öndər Heydər Əliyevə daim mənəvi dəstək, dayaq olduğu vurğulanıb.
Tədbirdə partiya veteranı, təqaüddə olan həkim Sevda Məmmədova, partiya fəallarından Raqiya İsmayılova, Cahanə Xasməmmədova, Cavahir Əhmədova, Nəzrin Əliyeva çıxış edərək Akademik Zərifə Əliyevanın həyatı, elmi və tibbi fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Sonda partiya veteranı şair Cavanşir Rüstəm tərəfindən həkimlərə həsr olunmuş şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

