Azərbaycanın əbədi lideri
05.05.2026 [10:14]
Hər bir xalqın tarixində unudulmayan hadisələr çox, dahi şəxsiyyətlər isə az olur. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi fürsətlərdən xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar. Tarixi faktlar göstərir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi xalqın taleyində əvəzsiz rol oynayır. Heydər Əliyev Azərbaycanın müasir dövlətçiliyinin banisi kimi xalqın qəlbində daim yaşayır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin fəaliyyəti yalnız siyasi hakimiyyətlə məhdudlaşmamış, o, Azərbaycan xalqının milli-mədəni irsini qoruyub, ölkənin sosial-iqtisadi inkişafını təmin etmişdir. 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk gündən Ümummilli Lider xalqın enerjisini, milli müstəqillik duyğularını reallaşdırmaq üçün böyük işlər görmüşdür. O, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevirmişdir. Ulu Öndər rəhbərliyində Azərbaycanda yüzlərlə yeni müəssisə və istehsalat sahələri yaradılmış, elektronika, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi inkişaf etmişdir. Bu dövrdə ölkədə iqtisadi tərəqqi ilə yanaşı, sosial sabitlik və milli həmrəylik də təmin edilmişdir. Heydər Əliyev yalnız iqtisadi deyil, həm də siyasi sahədə uğurlu fəaliyyət göstərmişdir. Onun müdrik siyasəti xalqın dövlətçiliyə olan etibarını artırmış, ölkədə ictimai-siyasi stabilliyi möhkəmləndirmişdir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqının xilaskarı missiyasını həyata keçirdi. 1993-cü ilin iyun ayında xalq onu yenidən ölkəni idarə etməyə çağırdı. O, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, ictimai-siyasi sabitliyi təmin etdi və itirilməkdə olan dövlət müstəqilliyini qorudu. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın beynəlxalq imici bərpa edildi, iqtisadi inkişaf üçün mühüm baza yaradıldı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeyini möhkəmləndirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasına yeni bir mərhələ açdı. 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi ölkədə hüquqi islahatların bariz nümunəsi oldu. Ümummilli Liderin siyasi fəaliyyətinin mərkəzində azadlıq, demokratiya, iqtisadi tərəqqi və sosial ədalət dayanırdı.
Heydər Əliyev yalnız ölkənin daxili siyasətində deyil, həm də xarici siyasətdə Azərbaycanın milli maraqlarını qoruyub. Onun həyata keçirdiyi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional güc və sürətlə inkişaf edən ölkə kimi tanınır. Ulu Öndərin ideyaları və siyasəti Azərbaycan xalqının tarixi qürur mənbəyinə çevrilmişdir. Onun yaratdığı dövlətçilik ənənələri və prinsipial siyasət Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir. Bu gün Azərbaycan xalqı öz dövlətinin güclü və etibarlı əllərdə olduğunu görür.
Ən əsası, Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq!
Arif Kərimov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

