WUF13 Səhnəsində Azərbaycanın səsi
20.05.2026 [11:17]
Bakıda keçirilən WUF13 – 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf sahəsində artan rolunu nümayiş etdirən mühüm hadisə oldu. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, ekspertlər, memarlar və şəhərsalma üzrə mütəxəssislər bu forumda bir araya gələrək gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu müzakirə etdilər. Forumun açılış mərasimində çıxış edən Prezident Ilham Əliyev bildirdi ki, Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və ölkəmizə göstərilən etimadın aydın göstəricisidir.
Dövlət başçısı vurğuladı ki, şəhərlər yalnız yaşayış məntəqələri deyil, insanların həyat keyfiyyətini müəyyən edən əsas sosial və iqtisadi mərkəzlərdir. Müasir şəhərsalma insanların rahatlığına, təhlükəsizliyinə, ekoloji tarazlığa və texnoloji yeniliklərə əsaslanmalıdır. Prezident İlham Əliyevin sözlərinə görə, düzgün planlaşdırılmış şəhərlər həm iqtisadi inkişafı sürətləndirir, həm də vətəndaşların rifahını yüksəldir.
Çıxış zamanı Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edildi. Xüsusilə Bakı şəhərində yaradılan yeni parklar, yollar, nəqliyyat layihələri və sosial infrastruktur ölkənin müasir inkişaf modelinin nümunəsi kimi təqdim olundu. Prezident qeyd etdi ki, bu layihələrin əsas məqsədi insanların daha rahat və sağlam mühitdə yaşamasını təmin etməkdir.
Dövlət başçısı azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinə xüsusi diqqət çəkdi. O bildirdi ki, həmin torpaqlarda şəhər və kəndlər sıfırdan qurulur, ən müasir texnologiyalar tətbiq olunur və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında yeni yaşayış məntəqələri yaradılır. Yaşıl enerji zonalarının formalaşdırılması, günəş və külək enerjisindən istifadə, ekoloji təmiz nəqliyyat sistemlərinin qurulması Azərbaycanın gələcəyə hesablanmış siyasətinin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın vacibliyini də xüsusi vurğuladı. O qeyd etdi ki, urbanizasiya ilə bağlı problemlər təkcə bir ölkənin deyil, bütün dünyanın ortaq çağırışlarıdır. Əhalinin artması, iqlim dəyişiklikləri, resurslardan səmərəli istifadə və sosial bərabərliyin qorunması kimi məsələlər yalnız birgə fəaliyyət nəticəsində həll oluna bilər. WUF13 məhz bu məqsədlə ölkələr arasında təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Çıxışında dövlət başçısı Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini bir daha bəyan etdi. O bildirdi ki, ölkəmiz müasir texnologiyaların tətbiqi, ekoloji mühitin qorunması və insanların rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atır. Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübə beynəlxalq səviyyədə maraq doğurur və digər ölkələrlə bölüşülür.
Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasını aydın şəkildə ortaya qoydu. Bu çıxış bir daha göstərdi ki, ölkəmiz təkcə regionun deyil, həm də dünyanın dayanıqlı inkişaf təşəbbüslərində fəal iştirak edir. Bakının bu mötəbər forumu uğurla təşkil etməsi Azərbaycanın qlobal dialoqa verdiyi töhfənin və beynəlxalq nüfuzunun parlaq ifadəsinə çevrildi.
Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

