Milli Qurtuluş Günü: Uçurumdan Sabit İnkişafa Doğru Tarixi Dönüş.
16.06.2026 [10:52]
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyini kökündən dəyişən ən mühüm və taleyüklü əhəmiyyətə malik olan günlərdən biridir. Bu əlamətdar tarix gənc respublikamızın sadəcə bir təqvim bayramı deyil, dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi, müstəqilliyimizin əbədiləşdirildiyi dönüş nöqtəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də, bu möhtəşəm tarixi günə gedən yol xalqımızın böyük sınaqlardan, daxili və xarici təhdidlərdən keçən çətin mübarizə salnaməsidir.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən dərin siyasi, iqtisadi və hərbi böhran müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı uçurumun kənarına gətirmişdi. Ölkəyə rəhbərlik edən Vəzirov-Mütəllibov rejimi, daha sonra isə hakimiyyətə gələn Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Ulu Öndər Heydər Əliyev yolundan döndərməyə çalışırdı. Xüsusilə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi ölkəni tamamilə idarəolunmaz vəziyyətə salmış, daxili xaosu alovlandırmış və vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bərabər, daxildə gedən hakimiyyət çəkişmələri dövlətin varlığını sual altına qoyurdu. Ulu Öndər Heydər Əliyev həmin dövrün mürəkkəb və təhlükəli mənzərəsini belə təsvir edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Məhz belə bir ümidsizlik və parçalanma şəraitində Azərbaycan xalqı öz xilasını yalnız dahi lider Heydər Əliyevin qətiyyətində və müdrikliyində görürdü. Xalqın təkidli tələbi və çağırışı ilə Bakıya qayıdan Ulu Öndər, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə dövlətin müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində atılan ilk və ən qətiyyətli addım oldu. Heydər Əliyev Ali Sovetin sədri seçildiyi gün parlament kürsüsündən xalqa müraciət edərək bu ağır missiyanı böyük bir məsuliyyətlə üzərinə götürdüyünü bəyan etdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ümummilli Liderin bu tarixi çıxışı və xalqına verdiyi bu müqəddəs söz sadəcə vəddən ibarət deyildi. Onun bütün sonrakı həyatı və fəaliyyəti bu böyük andın real əksinə çevrildi. Ulu Öndərin hər kəsə nümunə olan misilsiz fədakarlığı, dövlətçilik təcrübəsi və sarsılmaz iradəsi sayəsində ölkədə qısa müddətdə daxili sabitliyin bünövrəsi qoyuldu. Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fəlsəfəsi müasir Azərbaycan dövlətinin əsas qayəsi və inkişaf strategiyası oldu. Bu daxili sabitlik və milli birlik ölkəmizin gələcək uğurlarının, beynəlxalq arenada qazandığı nüfuzun və iqtisadi dirçəlişinin əsas təminatçısına çevrildi. Dahi rəhbərin uzaqgörənliyi ilə təsis edilmiş və onun ideoloji prinsipləri ətrafında formalaşmış Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin siyasi irsini onilliklər boyu uğurla davam etdirərək, ölkənin sabit inkişaf xəttinin qorunub saxlanmasında mühüm rol oynadı.
Bu gün fəxrlə qeyd edə bilərik ki, əsası 15 iyun 1993-cü ildə qoyulmuş bu möhtəşəm siyasi kurs, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı olaraq, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük qətiyyətlə reallığa çevrilir. Milli Qurtuluş Gününün gətirdiyi milli həmrəylik və sarsılmaz dövlətçilik ənənəsi Azərbaycanı tarixi Zəfərə – torpaqlarımızın tam azad olunmasına və ərazi bütövlüyümüzün bərpasına çatdırdı. Heydər Əliyev dühasının xilas etdiyi və inkişaf xəttinə çıxardığı müasir, müstəqil və qalib Azərbaycan dövləti, bu sarsılmaz təməllər üzərində gələcəyə doğru daha inamlı, daha qüdrətli addımlarla irəliləməkdədir..15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyini kökündən dəyişən ən mühüm və taleyüklü əhəmiyyətə malik olan günlərdən biridir. Bu əlamətdar tarix gənc respublikamızın sadəcə bir təqvim bayramı deyil, dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi, müstəqilliyimizin əbədiləşdirildiyi dönüş nöqtəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də, bu möhtəşəm tarixi günə gedən yol xalqımızın böyük sınaqlardan, daxili və xarici təhdidlərdən keçən çətin mübarizə salnaməsidir.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən dərin siyasi, iqtisadi və hərbi böhran müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı uçurumun kənarına gətirmişdi. Ölkəyə rəhbərlik edən Vəzirov-Mütəllibov rejimi, daha sonra isə hakimiyyətə gələn Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Ulu Öndər Heydər Əliyev yolundan döndərməyə çalışırdı. Xüsusilə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi ölkəni tamamilə idarəolunmaz vəziyyətə salmış, daxili xaosu alovlandırmış və vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Ermənistanın torpaqlarımızı işğal etməsi ilə bərabər, daxildə gedən hakimiyyət çəkişmələri dövlətin varlığını sual altına qoyurdu. Ulu Öndər Heydər Əliyev həmin dövrün mürəkkəb və təhlükəli mənzərəsini belə təsvir edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Məhz belə bir ümidsizlik və parçalanma şəraitində Azərbaycan xalqı öz xilasını yalnız dahi lider Heydər Əliyevin qətiyyətində və müdrikliyində görürdü. Xalqın təkidli tələbi və çağırışı ilə Bakıya qayıdan Ulu Öndər, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə dövlətin müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində atılan ilk və ən qətiyyətli addım oldu. Heydər Əliyev Ali Sovetin sədri seçildiyi gün parlament kürsüsündən xalqa müraciət edərək bu ağır missiyanı böyük bir məsuliyyətlə üzərinə götürdüyünü bəyan etdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ümummilli Liderin bu tarixi çıxışı və xalqına verdiyi bu müqəddəs söz sadəcə vəddən ibarət deyildi. Onun bütün sonrakı həyatı və fəaliyyəti bu böyük andın real əksinə çevrildi. Ulu Öndərin hər kəsə nümunə olan misilsiz fədakarlığı, dövlətçilik təcrübəsi və sarsılmaz iradəsi sayəsində ölkədə qısa müddətdə daxili sabitliyin bünövrəsi qoyuldu. Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fəlsəfəsi müasir Azərbaycan dövlətinin əsas qayəsi və inkişaf strategiyası oldu. Bu daxili sabitlik və milli birlik ölkəmizin gələcək uğurlarının, beynəlxalq arenada qazandığı nüfuzun və iqtisadi dirçəlişinin əsas təminatçısına çevrildi. Dahi rəhbərin uzaqgörənliyi ilə təsis edilmiş və onun ideoloji prinsipləri ətrafında formalaşmış Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin siyasi irsini onilliklər boyu uğurla davam etdirərək, ölkənin sabit inkişaf xəttinin qorunub saxlanmasında mühüm rol oynadı.
Bu gün fəxrlə qeyd edə bilərik ki, əsası 15 iyun 1993-cü ildə qoyulmuş bu möhtəşəm siyasi kurs, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı olaraq, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük qətiyyətlə reallığa çevrilir. Milli Qurtuluş Gününün gətirdiyi milli həmrəylik və sarsılmaz dövlətçilik ənənəsi Azərbaycanı tarixi Zəfərə – torpaqlarımızın tam azad olunmasına və ərazi bütövlüyümüzün bərpasına çatdırdı. Heydər Əliyev dühasının xilas etdiyi və inkişaf xəttinə çıxardığı müasir, müstəqil və qalib Azərbaycan dövləti, bu sarsılmaz təməllər üzərində gələcəyə doğru daha inamlı, daha qüdrətli addımlarla irəliləməkdədir.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

