YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib
09.07.2026 [11:32]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri" mövzusunda gənclərlə görüş keçirilib.
İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüş iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrin simasının köklü şəkildə dəyişdiyini, yeni iş yerlərinin açıldığını və infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O qeyd edib ki, bu proqramların əsas hədəflərindən biri də regionlarda turizm potensialının üzə çıxarılması və bu sahədə əlverişli investisiya mühitinin formalaşdırılmasıdır. Çıxışında Bəxtiyar Nəbiyev gənclərin dövlət siyasətinin uğurla davam etdirilməsində, o cümlədən regional turizmin inkişafında fəal iştirakının vacibliyini diqqətə çatdırıb və gənclərə bu sahədə mövcud imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ölkəmizin zəngin təbii və tarixi-mədəni potensialının regional turizmin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, son illər regionlarda turizm infrastrukturunun yaradılması, yeni turizm marşrutlarının müəyyənləşdirilməsi və ekoturizm, kənd turizmi kimi istiqamətlərin təşviqi ilə bağlı görülən işlərdən danışıb. Deputat qeyd edib ki, regional turizmin inkişafı yalnız iqtisadi göstəricilərin yaxşılaşmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın canlanmasına birbaşa təsir göstərir. Göydəniz Qəhrəmanov gənclərə turizm sektorunda fəaliyyət göstərmək, təşəbbüskarlıq nümayiş etdirmək və bu sahədə mövcud dövlət dəstəyi mexanizmlərindən yararlanmaq üçün çağırış edib.
Görüş dialoq – sual-cavab əsasında davam edib. Gənclər regionlarda turizmin inkişafı, bu sahədə mövcud maliyyə dəstəyi proqramları və gənclərin turizm sahəsində özünürealizə imkanları ilə bağlı suallar veriblər, çıxış edənlər isə ətraflı cavablar veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55

