Güclü və suveren Azərbaycan: Yeni reallıqlar, strateji hədəflər
08.10.2026 [11:00]
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinə, milli maraqlara və müstəqilliyin qorunması prinsiplərinə tam sadiqlik nümayiş etdirmişdir. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi, iqtisadi tərəqqi və xalqın rifahının yüksəldilməsi ilə birbaşa bağlıdır.
Yeni Azərbaycan Partiyasının və müstəqil və müasir Azərbaycan dövlətinin tarixində xüsusi yer tutan və mühüm siyasi hadisə kimi yadda qalan YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin son illərdə keçdiyi şərəfli yolu, qazandığı tarixi Zəfərləri və qarşıda duran yeni hədəfləri bir daha aydın şəkildə ortaya qoydu. Yeni Azərbaycan Partiyasının VII Qurultayı da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra keçirilməsi ilə tarixi əhəmiyyət daşıyırdı. VIII Qurultayın ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni tarixi mərhələdə öz fəaliyyətinin gələcək istiqamətlərini müəyyənləşdirdi. VII qurultaydan ötən müddətdə partiyamızın gördüyü işlərin, qarşıya qoyulan vəzifələrin icra vəziyyətini müzakirə etdi, qiymət verdi və qarşıya yeni vəzifələr müəyyənləşdirdi. Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VIII qurultaydakı nitqi hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün bir yol xəritəsi oldu.
YAP ölkəmizin siyasi həyatında mühüm rol oynayan siyasi təşkilat kimi dövlətçilik ənənələrinin qorunmasına, milli maraqların müdafiəsinə və Azərbaycanın inkişafına yönəlmiş fəaliyyətini davam etdirir. VIII Qurultay qarşıdakı dövr üçün yeni hədəfləri də müəyyənləşdirir. Bu hədəflər sırasında güclü dövlətin daha da gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi xüsusi yer tutur.
Prezident İlham Əliyev qurultayda YAP-ın keçdiyi şərəfli yola nəzər salaraq YAP-ın Cənubi Qafqazın ən mütəşəkkil, ən möhtəşəm partiyası olduğunu bir daha vurğulamaqla partiyamızın Azərbaycanın müstəqilliyinin qorunmasındakı, dövlətçiliyimizin qurulmasındakı mühüm və tarixi rolunu qeyd etdi. Cənab Prezidentin çıxışında qarşıya qoyulan məsələlər, xüsusilə yeni dövrün prioritetləri həm ölkə vətəndaşlarına, YAP üzvlərinə və bütün dünya ictimaiyyətinə çatdırıldı.
Ən vacib məsələlərdən biri Azərbaycanın hərbi gücü və hərbi qüdrətidir. Xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətimizin gücünün parlaq təcəssümü olan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərə baxmayaraq, etibarsız qonşumuz olan mənfur düşmən hələ də öz bəd niyyətlərindən əl çəkmir. Digər tərəfdən Azərbaycanın müstəqilliyini və suverenliyini həzm edə bilməyən qüvvələr və dövlətlər var ki, biz daima onlara qarşı güclü olmalıyıq. Gələn ilin dövlət büdcəsində hərbi xərclərə 9 milyard manatın ayrılması da bu istiqamətdə atılan mühüm addımdır.
Bir dövlətin güclü olmağının daha bir şərti bilikli, savadlı gəncliyin yetişməsidir. Xüsusilə süni intellekt, kompüter texnologiyalarının inkişaf etdiyi dövrdə bilikli gənclərin yetişməsi ölkənin gələcək inkişafı üçün olduqca vacib şərtdir. Savadlı gəncliyin yetişdirilməsi həm də dini fanatizmə, cəhalətə meyllərin qarşısını alan əsas amildir.
Vacib məsələlərdən biri də bir dövlətin iqtisadi gücü və iqtisadi inkişafının stabilliyidir ki, cənab Prezident çıxışında bununla da bağlı mühüm bir müjdə xalqın bütün təbəqələrinin əmək haqlarının, təqaüdlərin, sosial müavinətlərin, minimum əmək haqlarının artacağı müjdəsini verdi, qəbul olunacaq 6-cı sosial rifah paketindən bəhs etdi.
Prezident İlham Əliyevin çıxışında vurğulanan mühüm məqamlardan biri də xalq–dövlət birliyinin əhəmiyyətidir. Azərbaycanın bütün tarixi uğurlarının arxasında xalqımızın həmrəyliyi, dövlətimizin gücü və milli maraqlara əsaslanan ardıcıl siyasət dayanır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu gün artıq Azərbaycan yeni reallıqların formalaşdığı bir regionun mühüm dövlətlərindən biridir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük quruculuq meydanına çevrilib. İnsanlarımız öz doğma torpaqlarına qayıdır, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. Qarabağın dirçəldilməsi Azərbaycanın Zəfər tarixinin davamıdır. Bu proses həm də gələcəyə baxışımızın göstəricisidir.
Biz bu gün qalib Azərbaycanın vətəndaşları kimi böyük bir tarixi mərhələnin şahidiyik. Qarşımızda yeni imkanlar, yeni məqsədlər və yeni məsuliyyətlər dayanır. Əsas vəzifəmiz əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və gələcək nəsillərə daha qüdrətli, firavan və inkişaf etmiş Azərbaycan miras qoymaqdır.
Zəfər bizim tariximizdir. Suverenlik bizim dövlətçilik təməlimizdir. Milli birlik bizim gücümüzdür. Qarabağın dirçəldilməsi isə gələcəyə yönəlmiş böyük amalımızdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz bu baxımdan yalnız görülən işlərin yekunu deyil, həm də qarşıdakı yeni mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. İnanırıq ki, xalqımızın birliyi, dövlətimizin gücü və qarşıya qoyulmuş strateji məqsədlər Azərbaycanın gələcək uğurlarının möhkəm təməli olacaq. Qarşıda bizi yeni zəfərlər, yeni quruculuq və yeni inkişaf mərhələsi gözləyir.
Günay Məmmədli
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA)
üzrə ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07

