Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir

Sabunçu rayonunda şəhidlərin anım tədbirləri davam edir

08.10.2026 [12:13]

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Mehdiyev Taleh Musa oğlunun və İbrahimov Müşfiq Nəbi oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.

Şəhidlərin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, Taleh Mehdiyev 2001-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub. Orta təhsilini 170 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. 2020-ci il oktyabrın 8-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İbrahimov Müşfiq 1995-ci il yanvarın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini 69 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. 2020-ci il oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31