Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaş Mərkəzi Rayon Xəstəxanasında YAP-ın VIII Qurultayının hədəflərinə dair tədbir keçirilib

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında YAP-ın VIII Qurultayının hədəflərinə dair tədbir keçirilib

08.10.2026 [15:15]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarına və qarşıya qoyulmuş hədəflərə dair YAP Ağdaş rayon təşkilatı tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir Ağdaş Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatında təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatı Ağdaş Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri İntiqam İbrahimov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edib. O, qurultayın ölkənin siyasi həyatında yeni bir mərhələnin əsasını qoyduğunu və partiyanın gələcək fəaliyyət proqramının müəyyənləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb. 

Daha sonra YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qurultaydakı tarixi çıxışı haqqında geniş məruzə ilə çıxış edib. Ə.Rəcəbov dövlət başçısının proqram xarakterli çıxışında əksini tapan mühüm tezisləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rayon təşkilatının sədri qeyd edib ki, ölkə rəhbərinin vurğuladığı kimi, yeni dövrdə şablonlardan uzaq, müasir çağırışlara uyğun ideoloji işlərin aparılması hər bir partiya üzvünün, xüsusən də yerli təşkilatların qarşısında duran ən ümdə vəzifədir. Zəfər qazanmış və suverenliyini tam bərpa etmiş davamlı inkişaf edən  Azərbaycanda ideoloji mühitin sağlamlaşdırılması və milli həmrəyliyin gücləndirilməsi prioritet istiqamətdir.

Məruzə ətrafında çıxış edən partiya fəalları Səbinə Nəbiyeva və Cabir Həsənov VIII Qurultayın yekunları ilə bağlı öz təəssüratlarını bölüşüblər. Çıxış edənlər dövlət başçısının müəyyənləşdirdiyi strateji kursu tam dəstəklədiklərini, partiyanın müasir ideoloji prinsiplərinin rayonda uğurla tətbiq olunması və dövlətçilik dəyərlərinin təbliği naminə bütün qüvvələrini səfərbər edəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31