MİLLİ MARAQLAR, GÜCLÜ DÖVLƏTÇİLİK VƏ YENİ İNKİŞAF HƏDƏFLƏRİ: VIII QURULTAYIN BAŞLICA MESAJLARI
08.10.2026 [15:16]
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda dərin məzmunlu çıxışı ölkəmizin inkişaf dinamikasının dayanıqlılığı və davamlılığını təmin edən yol xəritəsi – proqram sənədə çevrilməklə milli maraqların, güclü dövlətçiliyin qorunması və yeni inkişaf mərhələsinin başlıca prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli maraqlar və vətənpərvərlik ruhu ilə möhkəmlənən birlik və həmrəyliyimizin ən mühüm nəticələrindən biri suverenliyimizin bərpa edilməsində - yeni geosiyasi mühitin yaradılmasında özünü göstərmişdir. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan bu yeni siyasi mühiti xarakterizə edərək qeyd etmişdir: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra keçirilir”. Bu yeni geosiyasi şəraitin yaradılmasında Azərbaycan dövləti və ordusunun ətrafında xalqın sıx birləşməsi, milli və dövlətçilik dəyərlərinin qorunması, Vətən üçün canından keçməyə daim hazır olan qəhrəman şəhidlərimiz, eləcə də sağlamlığını doğma torpaq üçün qurban verməkdə heç tərəddüd etməyən igid qazilərimiz timsalında minlərlə Azərbaycan övladının nümayiş etdirdiyi yüksək vətənpərvərlik hissinin şəxsi mənafelərdən öndə olması kimi vacib amillər dayanırdı. Məhz bu amillər üzərində köklənən birlik və həmrəyliyimizin gücü özünü 8 Noyabr Zəfərindən 20 Sentyabr – Suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasına gedən tarixi proseslərdə göstərmiş, 30 il düşmən əsarətində qalan doğma torpaqlarımızda Azərbaycanın qələbə bayrağının dalğalanmasını təmin etmiş, soydaşlarımızın əzəli yurd yerlərinə Böyük Qayıdış arzusunu reallaşdırmışdır.
Güclü dövlətçilik ölkəmizdə şanlı qələbədən sonra həyata keçirilmiş sosial-iqtisadi, hərbi, diplomatik, mədəni quruculuq sahəsində əldə edilmiş uğurlarda bariz ifadəsini tapmışdır. Prezident İlham Əliyev qazanılan uğurların başlanğıc mərhələsi olaraq Partiyanın (YAP) birləşdirici missiyasına diqqət çəkərkən 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayının faktiki olaraq qələbələrimizə yol açdığını vurğulamış və onun qurucusunun - Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun dəyişməz qaldığını qeyd etmişdir: “Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər. O vaxt atəşkəs hələ təzə elan edilmişdi. Ondan bir neçə ay sonra “Əsrin kontraktı” imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.” Bu inkişaf strategiyasının uğurla davam etdirilməsi Müzəffər Ali Baş Komandanın rəhbəriyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ Zəfərində, Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişində, sosial-iqtisadi və innovativ inkişaf dinamikasında, ölkəmizin regionda sülhün və təhlükəsizliyin təminatçısına çevrilməsində, həmçinin beynəlxalq miqyasda nüfuzunun artmasında öz təsdiqini tapmışdır.
VIII Qurultayda verilən mesajların başlıca istiqamətlərindən birini bu inkişafın davamlılığını şərtləndirən başlıca vəzifələrin müəyyənləşdirilməsi təşkil edir. Ölkə başçısının çıxışında bu sahədə qarşıda duran əsas vəzifələrdən biri olaraq hərbi gücün artırılmasının vacibliyinin səbəbləri tarixə istinad edilərək aydın ifadə edildi: “Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır.” Bu amil, eləcə də dünyada münaqişələrin çoxalması yaxud bəzi güclər tərəfindən məqsədli şəkildə çoxaldılması kimi digər amillər ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi zərurəti ilə bağlı qeyd olunan fikirlərin nə qədər haqlı olduğunu sübut edir. Bu istiqamətdə ideoloji təhlükəsizliyin vacib rolu, xüsusilə yüksək təhsil və vətənpərvərlik ruhunun gücləndirilməsi ilə bağlı irəli sürülən fikirlər Vətənini sevən hər bir vətəndaş qarşısında, xüsusilə sosial şəbəkələrin, innovasiya texnologiyalarının gənc istifadəçiləri qarşısında yeni inkişaf vəzifələrinin perspektivlərini açır. Bu vəzifələr içərisində bu günkü güclü Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasətinin ictimaiyyətə düzgün çatdırılması da əsas yer tutur.
Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı “Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın” ifadəsi yalnız daxili inkişafla bağlı məlumatların deyil, xarici siyasətdə də ölkəmizin əldə etdiyi nəticələrin insanlara düzgün çatdırılmasını özündə ehtiva edir. Belə ki, balanslı xarici siyasətə əsaslanan Azərbaycanın çoxtərəfli əlaqələri onun etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunun güclənməsinə mühüm töhfə vermişdir. Ölkəmizin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata 4 il uğurlu sədrlik etməsi qlobal miqyasda diplomatik nüfuzun siyasi ifadəsi, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv olaraq qəbul edilməsi, İslam Əməkdaşlıq Təşkilatı ilə, Türk Dövlətlər Təşkilatı ilə uğurlu əməkdaşlıq, D-8 təşkilatının üzvünə çevrilməsi türk dünyası ilə güclü əlaqələrin və islam həmrəyliyinin möhkəmləndirilməsində ölkəmizin səylərinin bariz göstəriciləri olmaqla yanaşı, dünyanın super güclərindən olan ABŞ və Çinlə çoxtərəfli əməkdaşlıq üzrə müqavilələrin bağlanması Azərbaycanın heç bir qütbləşməyə daxil olmadan yeritdiyi müstəqil xarici siyasətin uğurlu təzahürləridir. Hansı ki, beynəlxalq iqtisadi layihələrdə ölkəmizin ən əhəmiyyətli tərəfdaş olaraq qəbul olunmasında həlledici rol oynamışdır. Bu siyasətin nəticəsi Orta Dəhliz və Şimal-Cənub Dəhlizi kimi nəhəng layihələrin kilid nöqtəsi olaraq Azərbaycanın önəmli yerini, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılmasını şərtləndirmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın bəzi ölkələr kimi, uydurma faktlara ehtiyacı yoxdur, onun uğurlu inkişaf strategiyasının gətirdiyi çoxsaylı tarixi nailiyyətləri var və tək ölkə daxilində deyil dünyada da təqdirlə qarşılanmaqla yanaşı yüksək qiymətləndirilir.
Yuxarıda qeyd edilənləri yekunlaşdırarkən, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından verilən başlıca mesajlarda yer alan milli maraqlar, güclü dövlətçilik ideyaları ətrafında sıx birləşən xalqımızın sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın intensivləşdirilməsi, müasir infrastrukturların yaradılması, alternativ enerji mənbələri, süni intellekt, innovasiya texnologiyaları istiqamətində həyata keçirilən layihələri özündə ehtiva edən yeni inkişaf strategiyasının fundamental əhəmiyyəti aydın şəkildə görünür.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
YAP Naxçıvan şəhər təşkilatının AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50

