Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda VIII Qurultayın nəticələrinə həsr olunan tədbirlər davam etdirilir

Ağdaşda VIII Qurultayın nəticələrinə həsr olunan tədbirlər davam etdirilir

16.10.2026 [17:19]


Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinin, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin və müəyyənləşdirilən gələcək hədəflərin müzakirəsinə həsr olunmuş tədbirlər YAP Ağdaş rayon təşkilatı tərəfindən davam etdirilir.

Bu istiqamətdə növbəti görüş Yenicə kənd ərazi partiya təşkilatında təşkil olunub.

Görüşün əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı çıxış edən YAP Ağdaş rayon təşkilatının əməkdaşları Emil Əzizov və Rəbbim Lətifov Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VIII Qurultayda etdiyi çıxışın başlıca məqamları barədə ətraflı məlumat veriblər. Qurultayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi yeni tarixi şəraitdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edilib, Azərbaycanın qarşısında duran mühüm strateji vəzifələrdən bəhs edilib.

Görüşdə Yenicə kənd ərazi partiya təşkilatın sədri Kamil İbrahimov, Qurultay nümayəndəsi Ədalət Məmmədov və partiya veteranı Məhəbbət Kərimov dövlət başçısının qurultaydakı çıxışında diqqətə çatdırılan məsələlərlə bağlı fikirlərini və mülahizələrini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bildirilib ki, hazırkı mərhələdə qarşıda duran əsas prioritetlər qazanılmış uğurların qorunub saxlanılması, dövlətin iqtisadi və müdafiə imkanlarının artırılması, milli həmrəyliyin daha da gücləndirilməsi və davamlı inkişafın təmin edilməsidir.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də qarşıda duran vəzifə və məqsədlərin daha aydın şəkildə dərk olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31