Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Oktyabr – Zəngilan şəhəri günü

20 Oktyabr – Zəngilan şəhəri günü

20.10.2026 [10:49]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

20 Oktyabr Zəngilanın müasir tarixində xüsusi yeri olan günlərdəndir. 2020-ci ilin həmin günü Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Zəngilan şəhəri işğaldan azad edildi. Bu xəbər uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlılar üçün əvəzsiz sevinc idi. Vətən müharibəsinin gedişində Zəngilanın azad olunması həm hərbi, həm də strateji baxımdan mühüm hadisəyə çevrildi. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bu qələbənin əsasını təşkil etdi. İşğal illərində şəhərin və rayonun yaşayış məntəqələri dağıdılmış, infrastrukturu məhv edilmiş, tarixi və mədəni irsinə ciddi ziyan vurulmuşdu. Lakin 2020-ci ilin payızından etibarən Zəngilanın tarixində yeni səhifə açıldı və şəhər uzun illər sonra yenidən Azərbaycanın quruculuq gündəliyinə qayıtdı.

Bu gün Zəngilanda gedən işlərə nəzər saldıqda həmin tarixi qələbənin real nəticələrini görmək mümkündür. Şəhərdə yeni yaşayış məhəllələri salınır, sosial obyektlər və müasir infrastruktur yaradılır, yollar yenilənir. Ağalı kəndində həyata keçirilən layihə və sakinlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış prosesinin Zəngilandakı ilk mühüm nümunələrindən biri oldu. İndi bu proses şəhərin özündə də yeni mərhələyə qədəm qoyub. Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyəti, nəqliyyat imkanlarının genişləndirilməsi və digər infrastruktur layihələri rayonun gələcək inkişafı üçün geniş imkanlar açır. Burada məqsəd sadəcə dağıdılmış binaları yenidən tikmək deyil, insanların doğma yurdda rahat yaşayacağı, işləyəcəyi və gələcəyini quracağı müasir şəhər mühiti formalaşdırmaqdır. Zəngilanın bugünkü mənzərəsi də məhz bu yanaşmanın nəticəsi kimi ortaya çıxır.

20 Oktyabr – Zəngilan şəhəri günü ona görə əlamətdardır ki, bu tarixdə həm böyük bir qələbəni xatırlayır, həm də həmin qələbənin yaratdığı yeni reallıqlara nəzər salırıq. Zəngilan artıq yalnız işğalın acı xatirələri ilə deyil, bərpa olunan küçələri, yeni yaşayış məhəllələri və doğma yurda qayıdan sakinləri ilə gündəmə gəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəngilanın da gələcək simasını müəyyənləşdirir. Şəhərin inkişafı təkcə Zəngilan üçün deyil, bütövlükdə Şərqi Zəngəzurun dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün burada qurulan hər yeni bina, çəkilən hər yol və geri qayıdan hər ailə 2020-ci ildə əldə edilmiş Zəfərin davamını göstərir. Ona görə də Zəngilan şəhəri günü həm qəhrəmanlıq tariximizə ehtiram, həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatın qürurunu yaşadan əlamətdar gündür.

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31