Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın təşəbbüskarlığı və AQEM-in yeni inkişaf mərhələs

Azərbaycanın təşəbbüskarlığı və AQEM-in yeni inkişaf mərhələs

20.10.2026 [10:50]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq çoxtərəfli diplomatiyada artan rolunun daha bir göstəricisinə çevrildi. Prezident İlham Əliyevin tədbirdəki çıxışı Azərbaycanın yalnız regional deyil, Avrasiya miqyasında əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verdiyi töhfələri bir daha nümayiş etdirdi. Azərbaycanın AQEM-ə sədrliyi dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərilməsi təşkilatın praktiki imkanlarının artırılmasına xidmət edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşən və Avrasiya məkanında birləşdirici rolunu getdikcə gücləndirən dövlət olduğunu vurğuladı. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə qurduğu əməkdaşlıq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizlik və inkişaf imkanlarını genişləndirir. Azərbaycanın xarici siyasətində suverenliyə, ərazi bütövlüyünə, bərabərhüquqluluğa və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanması beynəlxalq münasibətlərə yanaşmanın fundamental istiqamətlərini təşkil edir. Bu mövqe xüsusilə müasir dünyada ikili standartların və selektiv yanaşmaların ciddi problemlər yaratdığı bir şəraitdə mühüm siyasi əhəmiyyət daşıyır.

Bakıda keçirilən Zirvə Görüşü AQEM-in inkişafında yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Laosun təşkilata yeni üzv kimi qəbul edilməsi AQEM-in coğrafi və siyasi əhatəsinin genişləndiyini göstərdi. Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər nəticəsində təşkilatın institusional və hüquqi imkanlarının gücləndiyi, üzv dövlətlərin sayının artdığı və dialoq imkanlarının genişləndiyi Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulandı. Azərbaycanın sədrliyinin daha iki il uzadılması isə ölkəmizin təşkilat daxilində həyata keçirdiyi siyasətə üzv dövlətlərin etimadının göstəricisidir. Zirvə Görüşünün mühüm istiqamətlərindən biri də sülh və təhlükəsizlik məsələsi oldu. Prezident İlham Əliyev Azərbaycanın keçdiyi mürəkkəb tarixi təcrübədən çıxış edərək beynəlxalq qərarların icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırdı. Azərbaycanın mövqeyinə görə, beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiqi qlobal təhlükəsizliyin əsas şərtlərindən biridir. Azərbaycan öz təcrübəsində uzunmüddətli işğalın yaratdığı ağır nəticələri yaşamış ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşır. Bununla yanaşı, Azərbaycan müharibədən sonra qisasçılıq siyasəti deyil, sülh və əməkdaşlıq yolunu seçdiyini nümayiş etdirib.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31