Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdam rayon təşkilatında VIII Qurultayın qərarlarına həsr olunmuş silsilə tədbirlər davam etdirilir

YAP Ağdam rayon təşkilatında VIII Qurultayın qərarlarına həsr olunmuş silsilə tədbirlər davam etdirilir

20.10.2026 [11:33]

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində ərazi partiya təşkilatında VIII Qurultayın qərarları və Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi fəaliyyət istiqamətləri ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə iştirak edənlər YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Ramal Məmmədov və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsindəki fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, Prezident və YAP sədri İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyi diqqətə çatdırılıb.

Müzakirələrdə partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakının təşviqi, üzvlərlə işin təkmilləşdirilməsi və əhali ilə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31