/ / YAP Şirvan şəhər təşkilatında “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır” mövzusunda elmi-praktik konfrans keçirilib
YAP Şirvan şəhər təşkilatında “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır” mövzusunda elmi-praktik konfrans keçirilib
22.11.2014 [11:50]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır” mövzusunda elmi-praktik konfrans keçirib.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov toplantı iştirakçılarını partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə təbrik edib. Ötən 22 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən Ə.İbrahimov 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaosa, hərc-mərcliyə yol açdığını önə çəkib. Natiq bildirib ki, həmin dövrdə Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalıb və Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub. YAP Şirvan şəhər təşkilatının sədri bildirib ki, 1992-ci ildə YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Onun sözlərinə görə, YAP-ın yaranması, Ulu öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb: “1993-cü ildə Yeni Azərbaycan Partiyasının Sədri, Ümummilli lider Heydər Əliyevin yenidən xalqını xilas etmə missiyasını Öz üzərinə götürməsi bugünkü zəngin, qüdrətli Azərbaycanın yaranmasının əsasını təşkil edir. Ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası illər ötdükcə inkişaf edir, sıralarında bu gün artıq 630 mindən çox insanı birləşdirir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası özünün nizamnaməsində qarşıya qoyduğu məqsəd və vəzifələri bu gün də uğurla yerinə yetirir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir”.
Konfransda çıxış edən digər natiqlər YAP-ın Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu söyləyiblər. Bildirilib ki, YAP qələbələr partiyasıdır və gənc nəsil YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

