YAP Nəsimi rayon təşkilatında bələdiyyə üzvlüyünə gənc namizədlərlə görüş keçirilib
16.12.2014 [10:55]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında bələdiyyə üzvlüyünə gənc namizədlərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı öncə bələdiyyə seçkilərinin əhəmiyyətindən bəhs edib. Çıxışına davam edən millət vəkili bildirib ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə də üstün nüfuzunun və yüksək ictimai dəstəyin fonunda gedir.
Onun sözlərinə görə, builki bələdiyyə seçkilərində YAP, o cümlədən partiyanın Nəsimi rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlər içərisində gənclər xüsusilə fərqlənirlər. “Belə ki, YAP Nəsimi rayon təşkilatı tərəfindən irəli sürülmüş 19 namizəddən yarısını məhz gənclər təşkil edir. Onlar müxtəlif sahələri təmsil edən gənclərdir. Düşünürəm ki, onlar çalışdıqları kollektivlərdə böyük nüfuza malikdirlər və qarşıdan gələn seçkilərdə də xalq tərəfindən dəstəklənəcəklər”.
Millət vəkili onu da deyib ki, seçkinin nəticəsindən asılı olmayaraq, gənclərimizin fəallıq nümayiş etdirməsinin özü belə uğurdur: “Onu da deyim ki, gənclərin bu fəallığı heç də təsadüfi deyil. Çünki partiyamızın qurucusu Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti hazırda YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bundan əlavə, namizədliyi partiyamız tərəfindən irəli sürülmüş fəal gənclərimiz müxtəlif dövlət strukturlarında - nazirliklərdə, komitələrdə yüksək səviyyədə təmsil olunurlar. Odur ki, siz namizədlərə partiyamız tərəfindən böyük etimad göstərilib. Hesab edirəm ki, seçkilərin nəticələri də sizlər üçün uğurlu olacaq. Eyni zamanda, əgər hansı namizəd nisbətən az səs toplayacaqsa, o ruhdan düşməməlidir. Çünki bu, bir məktəbdir, sınaqdır. Bəri başdan bütün namizədləri, eləcə də seçkilərdə kim uğur qazanacaqsa, onları təbrik edir, uğurlar arzulayıram”.
Daha sonra çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Vüsalə Niftəliyeva, Nərmin Qədirova, Müslüm Məmmədov və Əhməd Həsənov onlara göstərilən bu etimada görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər, Çıxış edənlər onlara göstərilən bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Sonda, Nəsimi rayonunda 30 mindən artıq YAP üzvünün olduğunu diqqətə çatdıran Məlahət İbrahimqızı seçicilərin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasından olan namizədlərə etimad göstərəcəklərinə əminliyini vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

