YAP Şəmkir rayon təşkilatı Şurasının iclası keçirilib
03.02.2015 [18:08]
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının növbəti Şura yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev rayon təşkilatının gördüyü işlər haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün YAP Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 10893 nəfər üzvü var ki, onların da 3435 nəfərini gənclər, 6080 nəfərini isə qadınlar təşkil edir. 2014-cü il ərzində 1005 nəfər YAP Şəmkir rayon təşkilatının sıralarına üzv qəbul olunub, onların da 350 nəfərini gənclər təşkil edir: “Bu gün partiyamızda əsas işlərdən biri ərazi ilk partiya təşkilatları ilə səmərəli işin qurulmasıdır ki, bu məqsədlə Aparat işçiləri arasında bölgü aparılmış və ilk partiya təşkilatlarına nümayəndələr təyin olunmuşdur. Həmçinin, partiyanın Mərkəzi Aparatının verdiyi təlimatlar, tapşırıqlar təşkilat sədrlərinə çatdırılır, ideoloji işin səviyyəsinin artırılması məqsədilə daimi olaraq rayon təşkilatında və ilk partiya təşkilatlarında toplantılar keçirilir. YAP Şəmkir rayon təşkilatı bu gün partiya işinin yüksəldilməsi istiqamətində çevik, inamlı və dinamik fəaliyyət üsullarına üstünlük verir”.
Sonra yığıncaqda çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, yığıncaqlarda hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır: “Yığıncaqlarda gənclərin partiyada boy sırasının artması ilə əlaqədar onların təşkilatlarda fəaliyyətləri yüksək əlaqələndirmə mexanizminin yaradılması, çoxsaylı üzvləri olan ilk partiya təşkilatlarının idarə olunması, təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Yığıncaqlarda partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Şuranın və İdarə Heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk partiya təşkilat sədrləri yeniləşdirilməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirilməlidir”.
Sonda partiya sıralarına qəbul olunan bir neçə gəncə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov üzvlük vəsiqəsi və hədiyyələr təqdim edərək gəncləri partiya sıralarına qəbul olunmaları münasibəti ilə təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

