YAP 24 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib
15.11.2016 [10:04]
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin rayon təşkilatının inzibati binasındakı büstü önünə gül dəstələri düzüblər. Sonra Azərbaycanın inkişaf yolunu özündə əks etdirən sərginin açılışı olub.
Akt zalında işini davam etdirən tədbirdə çıxışına əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbriklə başlayan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. Natiq deyib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır: “Tarixi zərurətdən yaranan YAP müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. 1992-ci ilin noyabrında ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfər Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdi. Beləliklə 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi”.
Hazırda YAP-ın üzvlərinin sayının 700 minə çatdığını bildirən T.Əhmədov deyib ki, partiyaya olan bu maraq Ulu öndərin ideyalarına sədaqətdən, Prezident İlham Əliyevə inam və etimaddan irəli gəlir.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və dövlətinin olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranıb: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan əsl müstəqilliyə qovuşdu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, milli inkişafın əsası qoyuldu”.
X.Qoca əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, Yeni Azərbaycan Partiyası 24 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, xalqa, vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. Natiq YAP-ın siyasi kampaniyalarda qazandığı qələbələri xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin, həmçinin Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevə etimadının nümunəsi adlandıraraq, ölkəmizin qazandığı uğurlarda, rayon ərazisində aparılan quruculuq işlərində partiya fəallarının rolunu və xidmətlərini yüksək dəyərləndirib.
Tədbirdə gənclər adından çıxış edən Anar Həmidov YAP-ın sıralarında təmsil olunan gənclərin dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildirib.
Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

