YAP Qaradağ rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü qeyd olunub
19.11.2016 [10:02]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev ən çətin tarixi şəraitdə dahi lider kimi Azərbaycanı bütün bəlalardan xilas edib.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev YAP-ın hansı tarixi şəraitdə yaradılması haqqında ətraflı məlumat verib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində millətimiz ağır sınaqlar qarşısında qalmışdı. Ölkəmizdə xaos, anarxiya hökm sürürdü. Həmin dövrdə fəaliyyət göstərən siyasi partiyalar da öz maraqlarına və anti-Azərbaycan qüvvələrin mənafeyinə xidmət edirdilər. Məhz belə bir zamanda yeni, güclü, ölkəni bəlalardan xilas etmək gücündə olan siyasi partiyanın yaradılmasına ehtiyac var idi. Bu, Yeni Azərbaycan Partiyası oldu. Azərbaycan ziyalıları Ulu öndərə müraciət ünvanladılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişi ilə ölkəmiz çiçəklənməyə başladı, Azərbaycan qüdrətli dövlətə çevrildi. Bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov YAP-ın hansı zərurətdən yaranması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində iqtidarda olmuş AXC və Müsavat Partiyasının və onların rəhbərlərinin apardığı səriştəsiz siyasət nəticəsində Azərbaycanı dərin iqtisadi-siyasi böhran bürümüşdü. AXC-Müsavat hökuməti xalqı çörəklə də təmin edə bilmirdi. Ölkənin bütün iqtisadi sütunları dağılmışdı, siyasi böhran dərinləşmişdi, qardaş qardaşa güllə atırdı. Məhz belə bir tarixi şəraitdə YAP təsis olundu və Ulu öndərimiz partiyanın Sədri seçildi. Bundan sonra dövlətimiz böyük iqtisadi güc qazandı və ölkəmizdə tam siyasi sabitlik yarandı.
Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında danışıblar. Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəal üzvləri fəxri fərman və diplomlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25

