YAP gəncliyin inkişafı üçün çoxsaylı layihələr həyata keçirir
10.01.2017 [10:09]
Təhsildə uğur qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü xeyli sayda tələbə-gənc alır və onlardan ali məktəbləri başa vuranlar da var.
Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Qeyd edək ki, müsabiqənin qaliblərindən ötən il də ali məktəbə qəbul olunanlar var və onlar da YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək dəyərləndirirlər. Onlardan biri Məcid Vüqar oğlu Nəcəflidir. M.Nəcəfli Tərtər rayonunda dünyaya gəlib və orta təhsilini də Tərtər şəhəri 2 saylı məktəb-liseyində alıb. O, 11-ci sinifdə oxuyarkən həmin ilin aprel ayında “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində iştirak edib, “Dünya azərbaycanlılarının lideri Heydər Əliyevin şərəfli həyat yolu” mövzusunda inşa yazaraq müsabiqəyə təqdim edib. Məcidin yazısı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və ikinci yerə layiq görülüb. 2014-cü ildə qəbul imtahanlarında yüksək bal toplayan M.Nəcəfli Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və sənaye fakültəsinə daxil olub. Hazırda bu ali məktəbin 3-cü kursunda təhsil alan Məcid YAP-ın verdiyi təqaüddən də bəhrələnir. “Ali məktəbə daxil olduqdan sonra təqaüdlə bağlı Yeni Azərbaycan Partiyasına müraciət etdim. Müraciətimə dərhal cavab verildi və mən o zamandan bu təqaüdü alıram. Təqaüd bir tələbə olaraq mənim sosial xərclərimə çox kömək edir. Eyni zamanda, onun mənəvi cəhətdən də dəyəri böyükdür. Çünki bu təqaüd Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya tərəfindən verilir”, - deyə YAP-ın təqaüdçüsü vurğulayıb. O, artıq YAP sıralarına qoşulmaq üçün müvafiq ərazi ilk partiya təşkilatına müraciət etdiyini, tezliklə özündə bu partiyanın vəsiqəsini daşıyacağına inandığını qeyd edib.
YAP-ın bu cür layihələrinin gənclərin elm və təhsilə marağını daha da artırdığını deyən M.Nəcəfli partiyanın gənclər siyasətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Digər bir təqaüdçü isə Vüqar Nemət oğlu Xəlillidir. V.Xəlilli 1998-ci ilin avqust ayında Sumqayıt şəhərində dünyaya gəlib. Vüqar 24 saylı Sumqayıt şəhər orta məktəbində təhsil alıb və 9-cu sinifdə oxuyarkən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsində iştirak edib. Onun yazısı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və respublika üzrə 1-ci yerə layiq görülüb. O, 2015-ci ildə ali məktəbə qəbul imtahanı zamanı da yüksək nəticə göstərib. Belə ki, Vüqar 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Hazırda bu ali məktəbin 2-ci kursunda təhsil alan V.Xəlilli YAP-ın verdiyi təqaüddən bəhrələnir: “YAP-ın verdiyi təqaüd bir tələbə kimi mənə maddi dəstəkdir. Amma bu təqaüd mənim üçün mənəvi cəhətdən də böyük dəyərdir. Bu yaxınlarda partiyaya üzv olmaq üçün müraciət edəcəm. Belə bir partiyanın üzvü olmaq mənim üçün şərəfdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35

