YAP Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib
29.04.2017 [10:02]
Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Elman Nəsirov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər. Daha sonra konfrans öz işini davam etdirib. Konfransın gündəliyi səsvermə yolu ilə təsdiq olunub, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasovun məruzəsi dinlənilib. YAP Şamaxı rayon təşkilatının 1993-cü ildə təsis edildiyini və rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiyini söyləyən B.Abbasov rayon təşkilatının üzvlərinin rayonda aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etdiklərini də dilə gətirib. B.Abbasov hesabat dövründə YAP Şamaxı rayon təşkilatının sıralarının daha da gücləndiyini bildirib: “Ötən dövr ərzində partiyamızın sıraları genişlənib və yeni üzvlər qəbul olunub. Hazırda YAP Şamaxı rayon təşkilatı özündə 85 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 1469 nəfər artaraq 7258 nəfərə çatıb. Onların 46 faizini, yəni 3334 nəfərini gənclər, 52,8 faizini, yəni 3790 nəfərini qadınlar təşkil edir. Rayon təşkilatının sıralarına yeni üzvlər qəbul olunan zaman keyfiyyət məsələsinə də ciddi diqqət yetirilib. Sevindirici haldır ki, son iki ildə qəbul olunan yeni üzvlərin əksəriyyətini gənclər və qadınlar təşkil edib. Bildirmək istəyirəm ki, Şamaxı rayonunun sakinləri hər zaman dövlətçiliyə sədaqət nümayiş etdirib, rayon əhalisi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu dəstəkləyir”.
Daha sonra tədbirdə YAP Şamaxı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında edilən çıxışlarda isə YAP Şamaxı rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Konfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır. YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrildi. Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi. YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir. YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”.
Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov da partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan bəhs edib. Bildirilib ki, YAP müasir Azərbaycanın uğurlarında mühüm rola malik partiyadır: “Yeni Azərbaycan Partiyasının yaranması sosial sifariş idi. Xalqımızı, dövlətimizi xilas etmək missiyasını Öz üzərinə götürən Ulu öndər Heydər Əliyevin səyi ilə müstəqilliyimiz qorunub saxlandı. Bu gün partiyanın üzvlərinin sayı 700 minə yaxındır. Bu isə Yeni Azərbaycan Partiyasına, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına, Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasi kursa olan inamın, etimadın təcəssümüdür”.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən abadlıq-quruculuq işlərindən danışıb. Rayon İcra Hakimiyyəti başçısı bildirib ki, YAP Şamaxı rayonunda aparıcı siyasi təşkilatdır. Partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini söyləyən A.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın hər zaman qələbələr qazanacağına əminliyini ifadə edib.
Daha sonra təşkilati məsələlərə baxılıb. Bəxtiyar Abbasov yenidən YAP Şamaxı rayon təşkilatının sədri seçilib. Bundan başqa, partiya rayon təşkilatının 31 nəfərdən ibarət Şura üzvləri, 17 nəfərdən ibarət İdarə Heyəti təsdiq edilib. Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56

