YAP Göygöl rayon təşkilatının X konfransı keçirilib
19.05.2017 [10:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının X konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat ilə çıxış edib. YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən T.Əliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir. T.Əliyev ötən müddət ərzində YAP Göygöl rayon təşkilatının səmərəli inkişaf yolu keçdiyini bildirərək qeyd edib ki, hazırda YAP Göygöl rayon təşkilatı öz ətrafında 121 ərazi ilk partiya təşkilatını birləşdirir. Təşkilatın üzvlərinin sayı 5065 nəfərdir. Bunlardan 1742 nəfəri gənclər, 2607 nəfəri isə qadınlardır.
Daha sonra Nəzarət-Təftiş qrupunun rəhbəri Qüdrət Nağıyevin hesabatı dinlənilib. YAP Göygöl rayon Təşkilatının Qadınlar Şurasının sədri Nuranə Quliyeva, rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılov və digər şəxslər çıxış edərək YAP Göygöl rayon təşkilatının X konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
Milli Məclisin deputatları Rövşən Rzayev və Pərvin Kərimova, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov konfransda çıxış edərək partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov isə diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdiyini deyən A.Seyidov qeyd edib ki, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir.
Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə Şura, İdarə Heyəti və Nəzarət-Təftiş qrupu seçilib. Turani Əliyev yenidən YAP Göygöl rayon təşkilatının sədri seçilib. Konfransın sonunda partiya sıralarına qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

