Yeni Azərbaycan Partiyası ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib
13.10.2017 [10:17]
YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Nəsimi rayonunda veteran gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə veteran gənclərlə görüş keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı görüşü giriş sözü ilə açaraq partiyanın yaranma tarixindən, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin inkişafında rolundan danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası 25 illik fəaliyyəti dövründə Ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq zəngin və şərəfli inkişaf yolu keçib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hərc-mərclik, anarxiya, özbaşınalıq hökm sürdüyü bir vaxtda Ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkə daxilində, hətta regionda lider siyasi qüvvəyə çevrilib. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə YAP son illər böyük inkişaf yolu keçib. Hazırda üzvlərinin sayı 700 mini ötən partiya milli siyasi iradəni və xalqımızın maraqlarını ifadə edən güclü və vahid siyasi qüvvədir. Ümumxalq partiyası olan YAP-ın yaradılmasının 25 illik yubileyi ölkəmizdə yüksək səviyyədə qeyd olunur”.
Çıxışında dövlətimizin gənclərə böyük diqqət və qayğı göstərdiyini də vurğulayan Məlahət İbrahimqızı qeyd edib ki, 700 min nəfərdən çox üzvü olan partiyanın 40 faizini məhz gənclər təşkil edir.
Daha sonra M.İbrahimqızı veteran gəncləri tədbir iştirakçılarına təqdim edərək onların partiyanın inkişafına verdikləri töhfələrdən danışıb.
Görüşün sonunda fəal gənclərə sertifikat və hədiyyələr təqdim edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

