/ / Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir
20.10.2017 [10:16]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə Qaradağ rayonunda silsilə tədbirlər davam edir. Dünən bu qəbildən olan növbəti tədbir Qobustan qəsəbəsində YAP Qaradağ rayon təşkilatının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Regional Təlim Mərkəzi üzrə ərazi ilk partiya təşkilatında keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan geniş danışıb. O, daha sonra YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edib. Aydın Hüseynov bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Regional Təlim Mərkəzinin direktoru Nəzakət Məmmədova çıxış edərək deyib ki, Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasını şərtləndirən əsas amillərdən biri məhz ona olan inam, həyata keçirdiyi siyasətə dəstəkdir.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirərək xüsusilə qeyd edib ki, partiya bir çox mühüm məsələlərdə üzərinə öhdəliklər götürüb və bu öhdəlikləri şərəflə həyata keçirib. O bildirib ki, YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Bəhruz Quliyev vurğulayıb ki, bu gün Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur.
Çıxış edən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavinləri Dünyamalı Pənahov, Natiq Şərbətov, Milli Qəhrəman Yusif Əliyev adına 195 saylı tam orta məktəbin direktoru Laçın Hüseynli, Qobustan qəsəbəsi Ağsaqqallar Şurasının sədri Əliyusif Əliyev və digərləri də YAP-ın 25 illik fəaliyyəti dövründə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlər göstərdiyini, partiyamızın xalqımızın böyük dəstəyi ilə daim inkişaf etdiyini və gələcəyə doğru inamlı addımlarla irəlilədiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

