/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
13.02.2018 [09:54]
Əli Əhmədov: Partiyanın üzvü kimi üzərimizə düşən əsas vəzifə seçki kampaniyasının Seçki Məcəlləsinin tələblərinə, demokratik ənənələrə uyğun şəkildə həyata keçirilməsi üçün fədakarlıq göstərməkdir
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib. O, artıq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürüldüyünü xatırladaraq deyib: “Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayında partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olundu. Hesab edirəm ki, partiyamızın qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. İnanırıq ki, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti aprelin 11-də səsvermə məntəqələrinə gedib cənab İlham Əliyevin lehinə səs verəcəklər. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişib. Həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldib”.
YAP Sədrinin müavini qeyd edib ki, prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir. Bu mənada YAP-ın VI Qurultayının qərarının xalqımız tərəfindən dəstəklənməsinin ciddi əsasları var. “Azərbaycan vətəndaşları cənab İlham Əliyevə səs verməklə növbəti 7 ildə Azərbaycanın iqtisadi, siyasi, sosial inkişafına səs verməklə yanaşı, həm də özünün, öz ailəsinin rifahının daha da yaxşılaşmasına səs vermiş olacaq”, - deyə Əli Əhmədov bildirib.
Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanların mövcud olduğunu deyən Əli Əhmədov əvvəlki seçkilərin bu prinsiplər əsasında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu dəfə də YAP və onun yerli strukturlarının qarşısında dayanan əsas vəzifə prezident seçkiləri kampaniyasının seçki qanunvericiliyinə, demokratik prinsiplərə uyğun qaydada keçirilməsini təmin etməkdir. “Bu baxımdan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn seçki kampaniyasını yüksək səviyyədə həyata keçirməsi üçün ciddi əsaslar, şərait mövcuddur. Partiyanın üzvü kimi üzərimizə düşən əsas şərəfli vəzifə seçki kampaniyasının Seçki Məcəlləsinin tələblərinə, demokratik ənənələrə uyğun şəkildə həyata keçirilməsi üçün fədakarlıq göstərməkdir. Partiyamızın yerli strukturları bütün seçkilərdə bu istiqamətdə böyük fədakarlıq göstəriblər və inanırıq ki, bu dəfə də belə olacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Müşavirədə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42

