Sumqayıt seçiciləri Azərbaycanın inkişafına səs verəcəklər
28.03.2018 [10:36]
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Sumqayıt şəhərində seçicilərlə görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O deyib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir.
Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə cənab İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti dövründə ölkədə bütün sahələrin paralel inkişaf etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlət başçısının diqqəti və qayğısı nəticəsində bu gün istər iqtisadi, istər sosial, istərsə də siyasi sferalarda mühüm inkişafa nail olunub: “Xalqımız milli maraqlara söykənən siyasi kursu dəstəkləyir. Bu səbəbdən Prezident İlham Əliyev bütün seçicilərimizin alternativsiz namizədi və seçimidir”.
Çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xidmətlərindən bəhs açıb. Millət vəkili seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Mirzəcan Xəlilov da sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının, Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqliyin dayandığını bildirib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, eləcə də Tərlan Hacızadə, Vəzirxan Ənsərov və başqaları bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

