/ / YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
19.10.2019 [09:47]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib.
Qonaqları salamlayan 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova müstəqillik tariximizin uğurlarından bəhs edərək bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə yaradılan inkişafı, tərəqqini hər bir Azərbaycan vətəndaşı, o cümlədən 3 saylı Uşaq Evinin sakinləri öz həyat səviyyələrində yaxından hiss edirlər.
Müəssisə haqqında məlumat verən M.Hüseynova qeyd edib ki, uşaq evinin sakinləri 3-18 yaş arasındadır. Onlar dövlətimizin dəstəyi ilə hərtərəfli əhatə olunub, təhsilləri daim diqqət mərkəzindədir. 18 yaşdan sonra müstəqil həyata qədəm qoyan uşaqların hər bir qayğısı yüksək səviyyədə təmin olunur.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva öncə tədbir iştirakçılarını 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycanın bugünkü uğurlarından, dövlətimizin siyasətində uşaqlara diqqət və qayğının əsas yer tutmasından geniş bəhs edib. O, 3 saylı Uşaq Evinin sakinlərinə tövsiyə edib ki, təhsilə diqqət yetirsinlər, gələcəkdə ali təhsil müəssisələrinə daxil olub, elmin dərinliklərinə yiyələnsinlər, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişsinlər.
Dövlətimizin uşaq evlərinə diqqət və qayğısından geniş bəhs edən N.Əliyeva bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edərək bildirib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edərkən uşaqlara qayğını, təhsilə, səhiyyəyə diqqəti xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin inkişafı layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri təqdirəlayiqdir. “Hər bir uşağın ailəyə ehtiyacı var” layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi önəmli kampaniyaların həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Atılan bu kimi addımların, gerçəkləşdirilən layihələrin əsasında bir amal dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında bildirib ki, bayram günündə 3 saylı Uşaq Evində olmağımız səbəbsiz deyil. Burada yaşayan sakinlər bilməlidirlər ki, biz həmişə onlarla birlikdəyik. Çünki uşaqlar bizim gələcəyimizdir, onların sağlam, təhsilli yetişmələri üçün hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.
H.Hüseynova deyib ki, bu gün Azərbaycan hərtərəfli inkişaf edir, bütün sahələrdə uğurlar əldə olunur. Dövlətimiz uğurlu sosial siyasət həyata keçirir ki, bu siyasət nəticəsində uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında dövlətin sosial siyasətinin əsasında uşaqlara diqqət və qayığının xüsusi yer tutduğunu bildirib. O həmçinin qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası mövcuddur.
Sonra tədbir bədii proqramla davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

